Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan idmançıları 2023-cü ildə rekord sayda, 1 472 medal qazanıblar - Foto

Azərbaycan idmançıları Avropa və dünya çempionatlarında, kubok yarışlarında, digər rəsmi beynəlxalq turnirlərdə ümumilikdə 1 472 medal qazanıblar...

Bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu, ölkə idman tarixində rekord göstəricidir.

Bunun 799-u (214 qızıl, 208 gümüş, 377 bürünc) Olimpiya, 587-si (223 qızıl, 159 gümüş, 205 bürünc) qeyri-Olimpiya, 86-sı (27 qızıl, 31 gümüş, 28 bürünc) paralimpiya proqramının payına düşür.

Sərbəst güləşdə Əliabbas Rzazadə, Hacı Əliyev, qadın güləşində Mariya Stadnik, yunan-Roma güləşində Həsrət Cəfərov, Ülvü Qənizadə, bədii gimnastikada qrup hərəkətləri komandamız, cüdoda Hidayət Heydərov, Zelim Kotsoyev Avropa çempionu adını qazanıblar. Ümumilikdə isə Olimpiya idman növlərində böyüklər arasında Azərbaycan idmançıları atıcılıq, bədii gimnastika, yunan-Roma güləşi, sərbəst güləş, qadın güləşi və cüdo idman növlərində 8 qızıl, 7 gümüş və 5 bürünc medal qazanıblar.

Dünya çempionatında da uğurla çıxış edən Azərbaycan idmançıları Olimpiya idman növlərində 2 qızıl, 6 gümüş və 5 bürünc medal əldə ediblər. Güləşçilər Eldəniz Əzizli və Rafiq Hüseynov dünya çempionu adını qazanıblar. Alfonso Dominges (boks), Murad Məmmədov (yunan-Roma güləşi), Həsrət Cəfərov (yunan-Roma güləşi), Sənan Süleymanov (yunan-Roma güləşi), Osman Nurməhəmmədov (sərbəst güləş), Maqomedxan Maqomedov (sərbəst güləş) gümüş medal, Dadaş Dadaşbəyli (ağırlıqqaldırma), Aynur Rzayeva (boks), Məhəmməd Abdullayev (boks), Zelim Kotsoyev (cüdo) bürünc medala sahib olublar.

ll MDB Oyunları çərçivəsində MDB-nin Bədən Tərbiyəsi və İdman Şurasının Minskdə keçirilən iclasında Azərbaycanın Gəncə şəhəri 2025-ci il üçün “MDB-nin İdman Paytaxtı” seçilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Ən çox oxunanalar