Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə müxtəlif hədəflərə hücumlar hazırlayan İŞİD üzvlərini saxlanılıb

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və Təhlükəsizlik Baş İdarəsi terror aktına hazırlaşan İŞİD üzvlərini saxlayıb...

Poliqon xəbər verir ki, bu barədə "Yeni Şafak" qəzeti təhlükəsizlik strukturlarındakı mənbələrə istinadən uazıb.

Məlumata görə, MİT və Təhlükəsizlik Baş İdarəsinin keçirdiyi əməliyyat zamanı 32 şübhəli saxlanılıb.

Onlardan 3-nün Türkiyədə sinaqoqlara, kilsələrə və İraq səfirliyinə hücumlar hazırlayan İŞİD terror təşkilatının qondarma liderləri olduğu da qeyd edilir.

Qeyd edilir ki, MİT-in koordinasiyalı fəaliyyəti nəticəsində səhər saatlarında 9 ayrı vilayətdə əməliyyat keçirilib. Əməliyyat nəticəsində təşkilata aid çoxlu sayda rəqəmsal material ələ keçirilib.

Saxlanılan üç İŞİD üzvü terror təşkilatına qoşulma prosesləri, Suriya və Türkiyə daxilində fəaliyyətlər, Türkiyəyə İŞİD adından fəaliyyət göstərən şəxslər və həyata keçirilən fəaliyyətlər barədə ətraflı məlumat verib.

Əməliyyat nəticəsində İŞİD-in Türkiyəyə qarşı fəaliyyət göstərən "Salman-ı Farisi Batalyonu"nun əməliyyatları pozulub.

Daxili işlər naziri Ali Yerlikaya əməliyyatın təfərrüatlarını sosial media hesabında paylaşıb:

"MİT rəhbərliyi ilə Təhlükəsizlik Baş İdarəsi Kəşfiyyat İdarəsi və Terrorla Mübarizə Şöbəsinin koordinasiyasında İŞİD terror təşkilatının Türkiyədə yaratmağa çalışdığı struktura bağlı təşkilat üzvləri "Salman-ı Farisi Batalyonu" müəyyən edilib. Onların İstanbuldakı yəhudi və xristian ibadət evlərində kəşfiyyat apardığı məlum olduqdan sonra İstanbul, Ankara, Balıkesir, Bolu, Düzce, Kırşehir, Konya, Sakarya və Samsunda ümumilikdə 39 adresdə əməliyyat keçirilib".

Poliqon.info


Etiket: Türkiyə İŞİD


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Etirazçılar Tbilisinin nəqliyyat sistemini iflic ediblər - Yenilənib

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Ən çox oxunanalar