Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaradağda şəhid, qazi ailələri, fiziki qüsurlu uşaqlar və aztəminatlı ailələrin övladları üçün Yeni il şənliyi təşkil olunub

Dekabrın 28-də Qaradağ şadlıq sarayında şəhid, qazi ailələri, fiziki qüsurlu uşaqlar və aztəminatlı ailələrin övladları üçün Yeni il şənliyi təşkil olunmuşdur...

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatları Aydın Hüseynov, Səbinə Xasayeva, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Şura üzvləri iştirak edirdi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov şəhid və qazi ailələrini qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni 2024-cü il münasibəti ilə təbrik edərək, ölkə başçısının uşaqlara olan diqqət və qayğısından söz açdı. 2023-cü ilin yaddaşımızda ən uğurlu il olduğunu, bir günlük antiterror əməliyyatı nəticəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tam təmin olunduğunu bildirdi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin 15 oktyabr tarixində Xankəndində və ətraf ərazilərdə Azərbaycan Dövlət Bayrağını yüksəltdiyini qeyd etdi. 2024-cü ilin xalqımız və dövlətimiz üçün daha uğurlu il olacağını söylədi.

Tədbirdə çıxış edən millət vəkilləri Aydın Hüseynov, Səbinə Xasayeva və YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev ənənə halını almış, bayramdan öncə şəhid və qazi ailələri ilə görüşlərin müsbət hal olduğunu vurğulayaraq, onların sosial məsələlərinin daim ölkə rəhbərinin nəzarətində olduğundan danışdılar.

Tədbir yeni il şənliyi ilə davam etdi. Tədbirdə iştirak edən Şaxta baba, Qar qız və cizgi filmi qəhrəmanları müxtəlif və rəngarəng proqramlar göstərməklə uşaqların sevincinə səbəb oldular. Şənlik mahnı və rəqslərlə davam etdirildi. Sonda uşaqlara yeni il hədiyyələri təqdim olundu.

Şəhid və qazi ailələri onlara göstərilən diqqət və qayğıdan məmnun qaldıqlarını, onları daim diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirdilər.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Ən çox oxunanalar