Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərb Ukraynanı məğlubiyyətə hazırlayır...

Ukrayna müharibəsində baş verən durğunluq və Qərbdən verilən pessimist açıqlamalar...

Kənan Novruzov: “Bəlkə də, ABŞ Ukraynanı qurban verməyə hazırdır, amma Avropa İttifaqı bunu istəmir. Avropa İttifaqı istəyir ki, Ukrayna gələcəkdə onların üzvü olsun”.

Rusiya-Ukrayna müharibəsi hələ uzun çəkəcək. Müharibənin sonunda konkret olaraq nəyin necə olacağını indidən proqnozlaşdırmaq çox çətindir”.

Bu sözləri siyasi-analitik Kənan Novruzov Rusiya-Ukrayna müharibəsinin indiki mərhələsini Poliqon-a şərh edərkən qeyd edib.

Müharibə uzandıqca həm Qərb ölkələrində, həm də Ukraynanın özündə yorğunluq əmələ gəlir. Yəni ABŞ Konqresi 60 milyard dollarlıq yardımı təsdiq etmədi, Avropada müəyyən pessimist fikirlər səsləndirilir, qarşıdakı ildə Ukraynada prezident seçkisi gözlənilir.

Ukrayna müharibəsində baş verən durğunluq və Qərbdən verilən pessimist açıqlamalar nəyə hesablanıb? Burada hiylə elementi ola bilərmi?

Qərbin Ukrayna və Rusiya planını Poliqon-un əməkdaşı siyasi-analitik Kənan Novruzov ilə müzakirə edib.

Kənan Novruzov: “Bu gün Qərbdə Ukraynadakı vəziyyətə münasibətlə bağlı ziddiyyət var”.

Rusiyanın da, Ukraynanın da bu müharibədə çoxdan uduzduqlarını vurğulayan analitik düşünür ki, Rusiya və Ukrayna xain və çirkin oyunun qurbanına çevriliblər. Qərb Ukraynada bataqlıq yaratdı, sonra da Rusiyanı bu bataqlığa saldı:

“Hazırda Qərbin, o cümlədən də ABŞ-ın Yaxın Şərqdəki müharibə ilə bağlı mövqeyi ondan ibarətdir ki, Ukraynanın əli ilə müharibə uzansın və bu bilavasitə Rusiyanın zəifləməsinə, daha dəqiq desək idarəolunan vəziyyətə salınmasına gətirib çıxarsın. Amma heç də Ukraynanın, prezident Zelenskinin taleyi nə Qərbi, nə Avropa İttifaqını, ümumiyyətlə heç kəsi maraqlandırmır. Məsələn Vladimir Zelenski hətta satqın adı ilə edam olunsa belə, bu Qərb üçün heç nəyi dəyişməyəcək. Necə ki, biz bunu müxtəlif vaxtlarda, müxtəlif regionlarında görmüşük.

Yeri gəlmişkən nəzərə çatdırım ki, bu gün Ermənistanın baş naziri Nikol Paşinyanın aqibəti heç də Qərbi maraqlandırmır. Onları maraqlandıran ancaq öz maraqlarıdır. Nə qədər ki, öz maraqları bunu təmin edir Qərb Zelenskini də, Paşinyanı da hakimiyyətdə saxlayacaq.

Məsələ ondan ibarətdir ki, dünyada baş verən müharibələri biz təkcə hərbi baxımından, yaxud da hərbi-siyasi kontekstdən qiymətləndirsək yalnışlığa yol verərik. Həm də dünyada çox gərgin informasiya müharibəsi, eyni zamanda psixoloji müharibə gedir. Məsələn diqqət etsək görərik ki, Qərb bunu yavaş-yavaş edir, amma hiss olunur. Qərb Ukraynanı məğlubiyyətə hazırlayır, tədricən dəstəyini azaldır, müəyyən pessimist fikirlər səsləndirir. NATO-nun baş katibi Yens Stoltenberq da deyir ki, Rusiya bu müharibədə qalib gəlməməlidir, Rusiya uduzmalıdır. Amma eyni zamanda da Ukraynanın işinin çətin olduğunu, işin dalana dirəndiyi deyir. Onlar yavaş-yavaş ictimaiyyəti buna alışdırırlar.

Kənan Novruzov: “Növbəti seçkilərdə Zelenskinin prezident seçilməsi ehtimalı çox azdır və düşünürəm ki, Zelenski hakimiyyətdən gedəcək”.

Onu da deyim ki, müharibənin ilk vaxtlarında kollektiv Qərb açıq-aydın Ukraynanı dəstəkləyirdi. Amma bu gün Qərbdə Ukraynadakı vəziyyətə münasibətlə bağlı ziddiyyət var. Məsələn Avropa İttifaqı ilə ABŞ-ın mövqeyi fərqlidir. Bu azmış kimi hətta, Avropa İttifaqı daxilində də fikir ayrılıqları var. Həmçinin ABŞ-ın özündə də, Dövlət Departamenti ilə Müdafiə Nazirliyi arasında fikir ayrılığı var. Çünki vəziyyət dəyişir və vəziyyət dəyişdikcə müxtəlif siyasi aktorlar yekdil mövqedən çıxış etməkdə çətinlik çəkirlər. Təbii ki, hərəsinin öz marağı var. Bəlkə də, ABŞ Ukraynanı qurban verməyə hazırdır, amma Avropa İttifaqı bunu istəmir. Avropa İttifaqı istəyir ki, Ukrayna gələcəkdə onların üzvü olsun.

Rusiya-Ukrayna müharibəsi hələ uzun çəkəcək. Müharibənin sonunda konkret olaraq nəyin necə olacağını indidən proqnozlaşdırmaq çox çətindir. Amma ümumi halda onu demək olar ki, müharibənin qalibi olmayacaq. Rusiya da, Ukrayna da çoxdan uduzublar. Rusiya və Ukrayna xain və çirkin oyunun qurbanına çevriliblər. Qərb Ukraynada bataqlıq yaratdı, sonra da Rusiyanı bu bataqlığa saldı.

Aydın məsələdir ki, nə qədər müharibə davam edir Ukraynada prezident seçkiləri olmayacaq. Ehtimal olunan hakimiyyət çevrilişi, hərbiçilərin çevrilişi falan düşünmürəm ki, hələlik olar. Amma növbəti seçkilərdə Zelenskinin prezident seçilməsi ehtimalı çox azdır və düşünürəm ki, Zelenski hakimiyyətdən gedəcək”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb

Qurban Yetirmişli Lənkəranda baş verən zəlzələ barədə: Afterşoklar ola bilər

Baş direktor: ICESCO azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır  

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Ən çox oxunanalar