Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Parlamenti Aİ ölkələrini təcili olaraq Fələstini tanımağa çağırıb

Avropa Parlamentinin üzvü Ana Miranda Aİ ölkələrini Fələstini təcili tanımağa çağırıb...

Avropa İttifaqına (Aİ) üzv ölkələr Fələstinin statusu ilə bağlı mövqelərinə yenidən baxmalı və onu ayrıca dövlət kimi tanımalıdırlar.

Poliqon xəbər verir ki, bu barədə Avropa Parlamentinin İspaniyadan olan üzvü Ana Mirandanın Aİ Şurasına müraciətində deyilir.

Millət vəkili “Fələstinin Aİ-yə üzv dövlətlər tərəfindən təcili tanınması” müraciəti çərçivəsində üzv ölkələri yeni mövqe tutmağa çağırıb.

“İsrailin Qəzza zolağına təcavüzünün başlanmasından bu yana dekabrın 6-na olan məlumata görə, 15 523 fələstinli həlak olub, 42 000 fələstinli isə yaralanıb”, deyə ispan deputat xatırladıb.

Ana Miranda qeyd edib ki, bu dəhşətli soyqırımı qarşısında və sülh prosesini inkişaf etdirmək üçün Avropa İttifaqı yeni mövqe tutmalı və Fələstin Dövlətini tanımalıdır. Bu günə qədər 27 Aİ üzv dövlətindən yalnız 10-u Fələstini dövlət kimi tanıyıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Daha 30 ailəlik köç karvanı Şuşaya çatıb – Yenilənib

Ötən gün saxlanılan bələdiyyə sədri barəsində həbs qətimkan tədbiri seçilib - Yenilənib

AZƏRTAC-a yeni Baş redaktor təyin olundu - Fotolar

Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib

Bakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub

Ukrayna hökumətində istefa dalğası...- Zelenski nəyə hazırlaşır?

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

Putinin Roma Statusunu təsdiq edən ölkələrə səfərləri BCM-ni sıradan çıxara bilər?

Ukraynanın yeni xarici işlər naziri təsdiqlənib - Yenilənib

Ən çox oxunanalar