Yaponiya oktyabrda İsrailə hücumla bağlı radikal HƏMAS hərəkatının rəhbər üzvlərinə qarşı sanksiyalar tətbiq edib...
Poliqon xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Sanksiya siyahısında HƏMAS-ın Qəzza zolağındakı lideri Yəhya Sinvar, hərəkatın hərbi qanadının rəhbəri Məhəmməd əl-Deif və onun müavini Mərvan İsanın adı var.
Yaponiya, aşkar edilərsə, aktivlərin dondurulması da daxil olmaqla, onlara qarşı bir sıra tədbirlər görəcək.
Poliqon.info