Bazar, 07 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Özbəkistan qarışıq seçki sisteminə keçir

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev respublikada majoritar seçki sistemindən majoritar-proporsional seçki sisteminə keçidi nəzərdə tutan konstitusiya qanununu imzalayıb...

Oktyabrın 31-də Özbəkistan Parlamentinin Qanunvericilik (aşağı) Palatası tərəfindən qəbul edilən və noyabrın 24-də Senat tərəfindən təsdiqlənən qanun çərşənbə axşamı ölkənin parlament nəşrlərində dərc edilib və bununla da qüvvəyə minib.

Qanuna əsasən, Qanunvericilik Palatasına seçkilər qarışıq (majoritar-proporsional) seçki sistemi əsasında keçirilir. Birmandatlı və tək seçki dairələri nəzərdə tutulur, aşağı palatanın 75 deputatı majoritar seçki sistemi ilə birmandatlı dairələrdən, qalan 75 deputat isə proporsional seçki sistemi (partiya siyahısı) əsasında siyasi partiyalara verilən səslər əsasında vahid dairədən seçilir.
Qeyd edək ki, Özbəkistanın Qanunvericilik Palatası 150 deputatdan ibarətdir. Hazırda ölkədə beş siyasi partiya fəaliyyət göstərir.

Poliqon.info


Etiket: Özbəkistan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu şəxslər metro və avtobusdan pulsuz istifadə edə bilər – Siyahı

Xalq artistindən çağırış: Siz Allah, lütlənməyin, soyunmaq müasirlik deyil

Vahid Əhmədovun prokuror oğlu işdən azad edildi

HƏMAS İsraillə atəşkəsə ilkin razılıq verdi

Ördək, yoxsa dovşan: Bu psixoloji test bütün sirlərinizi açacaq

KİV: Ermənistanı Gürcüstanla birləşdirən körpü Azərbaycana qaytarılacaq

Səmavi siyasət: Bayden "ilahi işarə" gözlədiyini dedi

Şuşada TDT-nin Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib - Yenilənib

Macarıstanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Ən çox oxunanalar