Cümə axşamı, 12 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Senator Baydeni ABŞ-a qəsdən ən böyük zərəri vuran prezident adlandırıb

ABŞ-ın Virciniya ştatından olan senator Bob Qud deyib ki, prezident Co Baydenin sərhəd siyasəti istənilən prezident tərəfindən ölkəyə indiyə qədər qəsdən vurulan ən böyük zərərdir...

Poliqon xəbər verir ki, bu barədə The Hill nəşri məlumat yayıb.

Senator keçmiş prezident Donald Trampın sərhəddə böyük iş gördüyünü bildirib. Bundan əlavə, onun fikrincə, prezidentliyə namizəd və Florida qubernatoru Ron DeSantis də sərhəddə qeyri-qanuni immiqrantların çıxarılması üçün "böyük iş görüb".

"Prezident Bayden tərəfindən asanlaşdırılan hazırkı sərhəd siyasəti böyük "irəliləyiş"ə səbəb olub. Bu, tariximizdə hər hansı bir prezidentin ABŞ-a qəsdən vurduğu ən böyük zərərdir", deyə Bob Qud bildirib.

Bundan əvvəl Cənubi Karolinadan Respublikaçı senator Lindsi Qrem demişdi ki, sərhəd mühafizəsi planı təqdim və təsdiq olunmayana qədər ABŞ-ın heç bir müttəfiqi yardım almayacaq.

Senator iddia edir ki, ABŞ-a nəzarətsiz qeyri-qanuni miqrasiya 2001-ci ildə Nyu-Yorkda baş vermiş irimiqyaslı terror aktına bənzər bir şeyə yenidən imkan verəcək. Eyni zamanda, Qrem bildirib ki, ABŞ-ın dəstəyi olmadan Ukrayna böyük ehtimalla məğlubiyyətlə üzləşəcək. Bununla belə, senatorun fikrincə, daxili problemlər təhlükəsi daha yüksəkdir və buna görə də Ukraynadan öncə sərhəd məsələsi həll olunmalıdır.

Qeyd edək ki, Co Bayden hökuməti Ukrayna, İsrail və Tayvan üçün 106 milyard dollarlıq yardım paketini Senata təqdim edib. Lakin uzun müddətdir ki, respublikaçılarla demokratlar bu məsələdə anlaşa bilmir. 106 milyard dolların təxminən 60 milyardı Ukrayna üçün nəzərdə tutulub. Ötən həftə Pentaqon bildirib ki, Kiyevə yardım üçün iki-üç həftəlik büdcə qalıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda tələbə yataqxanalarının qiyməti - Siyahı

Natiq Miri: Məsud Pezeşkian vaxtından əvvəl istefa verə bilər...

İranın azərbaycanlı prezidenti suala kürdcə cavab verdi

Azərbaycan XİN Avropa İttifaqının qərəzli və ədalətsiz bəyanatına cavab verib

İlqar Məmmədov REAL-ın sədrliyindən istefa verib

Rusiya və İranın probleminə çevrilən “Zəngəzur dəhlizi”... - Ermənistan niyə susur?

Paşinyan parlamentdə danışdı: "Azərbaycana 16 maddədən ibarət sülh sazişi imzalamağı təklif edirik"    

Bu ölkə Türkiyəyə sanksiyanı aradan qaldırdı

Ən çox oxunanalar