Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden respublikaçıları Rusiyaya kömək etməkdə ittiham edib

ABŞ prezidenti Co Bayden Ukraynaya 60 milyard dollarlıq yardımın ayrılmasına mane olan respublikaçıları Rusiyanın əlinə oynamaqda ittiham edib...

Poliqon xəbər verir ki, bu barədə The Guardian qəzeti yazır.

"Bayden hələ də ən sərt xəbərdarlığını edib ki, respublikaçılar Ukraynaya hərbi yardımı kəsməklə bağlı hədə ilə birbaşa Rusiya prezidenti Vladimir Putinin əlinə oynayırlar", deyə nəşr bildirir.

Amerika prezidenti qeyd edib ki, Ukraynaya yardımın ayrılmasına mane olan respublikaçılar öz hərəkətlərini yenidən nəzərdən keçirməli ola bilərlər. Çünki ötən həftə Kiyevə yardımın ayrılmasına mane olan respublikaçılar rus təbliğatçıları tərəfindən təriflənirlər. Onlar buna yol verməməlidir.

Bundan əvvəl Nümayəndələr Palatasının spikeri Mayk Conson Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb. Conson bildirib ki, o, ABŞ-ın Ukraynaya yardım qanun layihəsini irəli sürməzdən əvvəl sərhəd problemini həll etməli olduğu mövqeyində sabitdir.

ABŞ qanunverciləri uzun müddətdir yardım paketi ilə bağlı razılığa gələ bilmir. Bayden hakimiyyəti Ukrayna, İsrail və Tayvan üçün 106 milyard dollarlıq büdcə istəyir. Bunun təxminən 60 milyard dolları Ukrayna üçün nəzərdə tutulub. Lakin respublikaçılar bununla razılaşmır və Meksika ilə sərhəddəki vəziyyətin öncəlik olmasını istəyirlər. Artıq Ağ Evin Ukraynaya dəstək üçün "bir-iki həftəlik" vəsaiti qalıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi

İspaniya - Almaniya görüşünün ən yaxşı futbolçusu açıqlanıb

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentlərinin Şuşada qeyri-rəsmi naharı olub

İranın yeni prezidenti kimdir? - “Atam da, anam da türkdür” demişdi

Ağır xəstə olan Selin Dion 4 ildən sonra konsert verəcək

Ən çox oxunanalar