Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərəb ölkələri Qəzza ilə bağlı yeni qətnamə hazırlayır

Ərəb ölkələri BMT Təhlükəsizlik Şurasının Qəzza zolağına humanitar yardımla bağlı qətnamə hazırlayır...

Poliqon xəbər verir ki, Fələstinin BMT-dəki daimi müşahidəçisi Riyad Mənsur ərəb ölkələrinin Qəzza zolağına humanitar yardım məsələsi ilə bağlı BMT Təhlükəsizlik Şurasına qətnamə layihəsi hazırlamaq niyyətindən danışıb. Daimi nümayəndənin sözlərinə görə, layihə humanitar təşkilatlara, o cümlədən UNRWA-ya Qəzza zolağının istənilən hissəsinə risk olmadan humanitar yardım göndərmək imkanı verəcək.

“Bu gün və sabah BMT Təhlükəsizlik Şurasında fəal danışıqlara başlayacağımız qətnamə layihəsi yük maşınlarının birdən çox keçid məntəqəsindən keçməsinə icazə tələb edəcək. Humanitar yardım təkcə Rəfahdan deyil, Qəzzadakı bütün nəzarət-buraxılış məntəqələrindən, xüsusən də yük maşınlarını yoxlamaq üçün texnologiyaya malik olan məntəqələrdən keçməlidir”, deyə Riyad Mənsur bildirib.

Qeyd edək ki, dekabrın 10-da Qəzza zolağının Səhiyyə Nazirliyi hərbi əməliyyatlar nəticəsində həlak olan fələstinlilərin sayının 18 minə yaxın, yaralıların sayının isə 49,5 min nəfər olduğunu bildirib. BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, bu anklava humanitar yardım çatdırmaq demək olar ki, mümkün deyil. O, BMT Təhlükəsizlik Şurasını Qəzzada atəşkəsə nail olmağa çağırıb.

Xatırladaq ki, bundan əvvəl qətnamə layihəsinə səsvermə keçirilməzdən bir gün əvvəl ABŞ sənədi bloklayıb. Dekabrın 12-də BMT Baş Assambleyası Misir və Mavritaniyanın təqdim etdiyi sektorda atəşkəsə çağıran qətnamənin qəbul edilməsinə səs verib. İsrail, ABŞ və Avstriya da daxil olmaqla, 10 ölkə qətnamənin əleyhinə səs verib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Ən çox oxunanalar