Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Argentinanın yeni prezidenti üzərində itlərinin təsviri olan əsasını götürüb şok açıqlama verdi - Foto, Video

Argentina Prezidenti Xavyer Miley vəzifəsinin icrasına başladığı andan dünya mediasının gündəmində olmağı bacarıb...

Belə ki, o, andiçmə mərasimindən sonra izdihamla birlikdə mahnı ifa edib.

Seçki kampaniyası zamanı siyasətçi tez-tez xalq qarşısında “Hər kəsə salam! Mən şirəm - prospektin ortasında nərildəyən aslan” beyti ilə başlayan mahnı oxuyurdu. Bu dəfə o, mahnının sözlərini dəyişərək “Argentinanın siyasi kastasını parçalamağa” söz verib.

Daha bir maraqlı məqam isə sələfi Alberto Fernandesdən aldığı əsadır. Güc simvollarından biri hesab olunan əsanın üzərində Argentinanın yeni liderinə məxsus beş it və onların adları təsvir olunub.

Miley mastif cinsindən dörd itin sahibidir - Murray, Milton, Robert və Lukas. Onlar siyasətçinin sevimli iqtisadçılarından üçünün - Murray Rotbard, Milton Fridman və Robert Lukasın şərəfinə adlandırılıb. Bütün itlər Mileyin 2017-ci ildə ölən iti Konanın klonlarıdır.

O, bu heyvanları özünün övladları və ən yaxşı dostları hesab edir, seçkidə qalib olduqları üçün də onlara təşəkkür edib.
Dövlət başçısı vacib məsələlərdə də itlərlə məsləhətləşdiyini deyib.

“Başqa kimlərlə edim? Mənim dördayaqlı dostlarım ən yaxşı strateqlərdir”, - deyə o, jurnalistlərə bildirib.

Qeyd edək ki, Xavyer Miley dekabrın 10-da Argentina prezidenti vəzifəsinin icrasına başlayıb. İnaqurasiya mərasimi Konqresin binasında baş tutub.(oxu.az)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

Yollarda yeni növ radarlar quraşdırılır - Video    

Lavrov Ukrayna ilə bağlı İstanbul danışıqlarının bəzi təfərrüatını açıqlayıb

Ramin Əhmədov da seçkiyə qatılır - İş adamı Nizami rayonundan namizədliyini irəli sürəcək

Maştağada Birinci Qarabağ müharibəsinin şəhidi Aydın Qurbanov dəfn edilib - Yenilənib

Ən çox oxunanalar