Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada miqrantların vəziyyəti daha da çətinləşir - Yeni qadağalar gəlir

Rusiya Daxili İşlər Nazirliyi qeyri-qanuni miqrantlar üçün bir sıra qadağalar və məhdudiyyətlər nəzərdə tutan nəzarətli qalma rejimi tətbiq etməyi təklif edir...

Miqrantların həyatını çətinləşdirəcək yeni qanun layihəsinə onların avtomobil idarə etməsi, sürücülük vəsiqəsi alması və pul köçürməsinə aid qadağalar daxil edilib.

Poliqon oxu.az-a istinadən xəbər verir ki, nəzarətli qalma rejiminin Rusiyada qalmaq üçün qanuni hüququ olmayan miqrantlara tətbiq edilməsi təklif edilir, onların müvafiq reyestrə daxil edilməsi planlaşdırılır.

Reyestrə daxil edilmiş miqrantlar hüquqi şəxs və fərdi sahibkar kimi dövlət qeydiyyatından keçə, daşınmaz əmlakın qeydiyyatını apara, avtomobil ala, avtomobilini qeydiyyata sala və ya mülkiyyət hüququnu başqalarına verə bilməyəcək.

Bundan əlavə, qeyri-leqal mühacirlərin avtomobil idarə etmək hüququnun məhdudlaşdırılması nəzərdə tutulur. Onlar həmçinin sürücülük imtahanından keçə və sürücülük vəsiqəsini dəyişdirə bilməyəcəklər. Digər məhdudiyyətlər arasında bank hesabı açmaq, pul köçürmək də var. Həmçinin onlar ölkədə nikah bağlaya bilməyəcəklər.

Xatırladaq ki, bundan əvvəl Rusiyada miqrantlar üçün qanunların sərtləşdirildiyi barədə məlumat vermişdik. Belə ki, qaydalardan birinə görə, artıq vətəndaşlıq üçün təkcə nikah kifayət eləmir, mütləq uşaq da olmalıdır.

Həmçinin xəbər verilmişdi ki, Rusiyaya gedən miqrantlar aeroportlarda daktiloskopiyadan (barmaq izi) keçəcəklər və fotoları çəkiləcək.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Ən çox oxunanalar