Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ ATACMS raketinin daha təkmil versiyası hazırlayıb

ABŞ 2024-cü ilin birinci rübündə Nyu-Meksikodakı sınaq poliqonunda uğurla sınaqdan keçirilmiş PrSM - “Precision Strike Missile” raketlərini qəbul etmək niyyətindədir...

Poliqon xəbər verir ki, bu barədə silhaın tərtibatçısı “Lockheed Martin” şirkətindən bildirilib. Şirkət qeyd edib ki, qısa məsafələrdə hədəfləri vurmaq PrSM üçün əsas vəzifə olmasa da, sürətlər hipersəs olduğundan bu, ən çətin problemdir.

Amerikanın “Breaking Defence” portalının məlumatına görə, raket 85 km məsafədəki hədəfləri vurmağa qadirdir.

Yüksək sürətinə baxmayaraq, PrSM hipersəs silahı deyil. Raketin Amerika qoşunlarına ilk tədarükü 2023-cü ilin sonuna qədər gözlənilir. Pentaqonun 3986 belə sursat alacağı gözlənilirdi, lakin Ukraynaya ATACMS tədarükündən sonra Vaşinqton sifarişi artırmağı planlaşdırır.

“Breaking Defence”ə görə, “Lockheed Martin” raketin təkmilləşdirilmiş versiyasını - LBASM - “Land-Based Anti-Ship Missile" (quruda yerləşən gəmi əleyhinə raket) yaratmaq niyyətindədir.

İlkin planlara görə, üçüncü versiya daha çox faydalı yük götürə biləcək, uçuş məsafəsi iki dəfə artırılacaq.

“Lockheed Martin” əmin edir ki, onların yeni raketi çoxdomenli döyüş əməliyyatlarını xeyli sadələşdirə biləcək - missiyaların yerinə yetirilməsi üçün təkcə quru qoşunları deyil, qırıcılar da iştirak edəcək. Xüsusilə, PrSM ilə təchiz edilmiş komplekslər düşmənin hava hücumundan müdafiə sistemlərinə zərbə endirərək, yerdən təyyarələri əhatə edə biləcək.

Ötən həftə məlum olub ki, “Lockheed Martin” korporasiyası ABŞ ordusu ilə birlikdə PrSM perspektivli operativ-taktiki raketini sınaqdan keçirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatına Milli Məclisin plenar iclasında baxılacaq - Yenilənib

Paşinyan Ermənistanda kilsə islahatları apara bilər?

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Bakıda axtarışda olan şəxs hava limanında saxlanılıb

Zelenski: Tərəfdaşlar Rusiyanın müharibədə uduzmasından qorxurlar...

İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər

Ən çox oxunanalar