Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə İsveçin NATO-ya üzvlüyünü hələ ki, təsdiq etməyəcək...

Türkiyə İsveçin NATO-ya üzvlüyünü alyansın xarici işlər nazirlərinin toplantısında ratifikasiya etməyəcək...

Türkiyə rəsmiləri Alyans ölkələrinin xarici işlər nazirlərinin noyabrın 28-29-da Brüsseldə keçiriləcək iclasından əvvəl İsveç üzvlüklə bağlı müraciəti ratifikasiya edə bilməyəcəkləri barədə NATO-ya məlumat veriblər.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb. Agentliyin mənbəsinin sözlərinə görə, Türkiyə Parlamentinin Xarici Əlaqələr Komitəsi ratifikasiya məsələsi ilə bağlı müzakirələri noyabrın 28-də və ya 29-da bərpa edə bilər. Qeyd edilir ki, NATO-nun bəzi nümayəndələri xarici işlər nazirlərinin görüşündə İsveçin artıq Alyansa üzv ola biləcəyinə ümid edirdilər.

Qeyd edək ki, bundan əvvəl mətbuatda Türkiyə parlamentinin Xarici Əlaqələr Komissiyasının İsveçin NATO-ya qəbulu ilə bağlı protokolun müzakirəsini qeyri-müəyyən müddətə təxirə saldığı barədə məlumat yayılıb.

Media NATO-nun baş katibi Yens Stoltenberqin alyansın bütün üzv dövlətlərinə göndərdiyi məktubu dərc edib. Həmin məktubda ildirilib ki, İsveç NATO üzvü olan ölkələrin xarici işlər nazirlərinin noyabrın 28-29-da keçiriləcək iclasından gec olmayaraq bloka qoşulmalıdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Reuters: Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Qızıl Aypara: Rəisinin helikopterinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb

Təyyarə və helikopter qəzasında ölən dünya liderləri - Siyahı

İbrahim Rəisinin ölümü Xameneyinin oğlunun mövqelərini gücləndirib

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Ən çox oxunanalar