Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenski: ABŞ və Çin bunu dayandırana qədər Rusiya müharibəyə davam edəcək

Ukrayna prezidenti Vladimir Zelenski hesab edir ki, Rusiya uzun müddət hərbi əməliyyatları davam etdirəcək və hücum hərəkətlərinə cəhd edəcək...

Poliqon xəbər verir ki, Ukrayna prezidenti bu barədə Britaniyanın “The Sun” qəzetinə müsahibəsində bildirib. Zelenski vurğulayıb ki, müharibə yalnız ABŞ və Çin “Rusiyanı dayandırdıqdan” sonra sona çata bilər.

Rusiya qorxmur. O, özünü bütün dünyaya qarşı çıxmış kimi hiss etmir. Birləşmiş Ştatlar və Çin Ukrayna ərazisindən ordunu çıxarmağa çağırana qədər Rusiya müharibəni davam etdirəcək”, deyə Zelenski müsahibəsində bildirib. Ukrayna prezidenti hesab edir ki, Pekin və Vaşinqtonun Moskvaya təzyiq göstərəcəyi və hərbi əməliyyatları dayandırmaq barədə düşünəcəyi “an gələcək”.

Vladimir Zelenski həmçinin Qərbi Ukraynaya lazım olan silah və hərbi texnikanı daha aktiv şəkildə təmin etməyə çağırıb. O, Kiyevin bəzi müttəfiq ölkələri silahları pulsuz təhvil vermək istəməzsə, kreditlə silah almağa hazır olduğunu bildirib.

“Verirsənsə ver! Sata bilirsənsə sat! İcarəyə verə bilirsənsə, icarəyə ver. Silah vermək istəmirsənsə, verə bilmirsənsə, birgə istehsala fikir verək. Lisenziyalar ver, pulunu tapaq, deyə Ukrayna prezidenti fikrini yekunlaşdırıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Ən çox oxunanalar