Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrəvanda nikbincəsinə ilin sonuna qədər sülh sazişinin imzalanacağını deyirlər...

Dünən İrəvandan verilən çox nikbin açıqlamalarda bildirilir ki, ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanacaq....

Politoloq: “Artıq iki ildən çoxdur ki, Azərbaycanla Ermənistan arasında sülh müzakirələri ilə bağlı dialoq açıqlamaları gəlsə də, yekunda biz nəticənin şahidi ola bilmirik”.

“İndi də Ermənistan bir tərəfdən sülh danışıqları ilə bağlı açıq siqnallar verir, digər tərəfdən isə prosesi pozur”.

Bu sözləri politoloq Samir Hümbətov Azərbaycanla Ermənistan arasında olan sülh prosesinin indiki mərhələsini Poliqon-a şərh edərkən qeyd edib.

Dünən İrəvandan verilən çox nikbin açıqlamalarda bildirilirdi ki, ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanacaq. Lakin dünən günün sonuna yaxın Azərbaycan XİN noyabrın 20-də Vaşinqtonda baş tutacaq olan danışıqlardan imtina etdiyini açıqladı. Ötən ildə ilin sonuna qədər sülh sazişinin imzalanması ilə bağlı gözləntilər vardı və bu gözləntilər RusiyaErmənistanın sərgilədiyi mövqe nəticəsində özünü doğrultmadı. İndi isə Ermənistanın Qərblə ortaq mövqeyi sülh sazişinin imzalanmasına əsas maneəyə çevrilib.

Hazırkı vasitəçilərin səyləri ilə Azərbaycanla Ermənistan arasında nə vaxtsa sülh sazişinin imzalanmasına inanmaq olar və sülh prosesi ilə bağlı mövcud durum nə qədər ürək açıcıdır?

Mövzunu Poliqon-un əməkdaşı “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “Hətta, deyə bilərik ki, son dövrlərdə tərəflər arasında danışıqlar prosesi dayanıb”.

Faktiki olaraq, bu prosesin gecikdirildiyini düşünən politoloq Poliqon-a açıqlamasında vurğulayıb ki, əgər proses gecikdirilirsə, adi sərhədlərin delimitasiya və demarkasiyası məsələsi dayanıbsa və “Zəngəzur dəhlizi”nin açılması, kommunikasiyaların qurulması məsələsi dayanıbsa, artıq burada sülh danışıqlarından söhbət gedə bilməz:

“Ümumiyyətlə, artıq iki ildən çoxdur ki, Azərbaycanla Ermənistan arasında sülh müzakirələri ilə bağlı dialoq açıqlamaları gəlsə də, yekunda biz nəticənin şahidi ola bilmirik. Çünki görünür ki, qeyri-konstruktiv mövqe hələ də Ermənistan tərəfindən davam etdirilir. Hətta, deyə bilərik ki, son dövrlərdə tərəflər arasında danışıqlar prosesi dayanıb. Nə Brüssel, nə Moskva, nə də Vaşinqton formatı işləmədi. Hamısında da demək olar ki, bu və ya digər formada Ermənistan tərəfi prosesləri pozub. Yaxud da Ermənistana dəstək verən və bölgədə gərginliyin davam etməsində maraqlı olan dövlətlər prosesi pozublar.

İndi, yenə də Ermənistan bir tərəfdən sülh danışıqları ilə bağlı açıq siqnallar verir, digər tərəfdən isə prosesi pozur. Bu baxımdan düşünürəm ki, biz qısa müddət ərzində sülh danışıqlarının nəticəsini əldə edə bilərik, ya da sülh müqaviləsi imzalana bilər. Çünki müqaviləsinin imzalanması üçün praktik əməli addımlar atılmalıdır. Bu günə qədər hələ ki, o addımlar atılmır.

Samir Hümbətov: “Ermənistanın verdiyi açıqlama sadəcə beynəlxalq ictimaiyyəti manipulyasiya etməkdən başqa bir anlam daşımamaqdadır”.

Faktiki olaraq da, bu proses gecikdirilir. Əgər proses gecikdirilirsə, adi sərhədlərin delimitasiya və demarkasiyası məsələsi dayanıbsa və Zəngəzur dəhlizinin açılması, kommunikasiyaların qurulması məsələsi dayanıbsa, artıq burada sülh danışıqlarından söhbət gedə bilməz. Çünki qarşıya qoyulan strateji hədəflər həyata keçirilmirsə və tərəflərin iradəsini əks etdirəcək imza atılmış sənədlər icra olunmursa, deməli burada heç nəyin mənası yoxdur.

Altı Brüssel görüşü keçirilib və nəticəsi yoxdur. Həmçinin tərəflər üç dəfə Moskvada görüşüblər yenə də nəticəsi yoxdur. Vaşinqtonda da xarici işlər nazirləri görüşdülər, yenə də nəticə olmadı. Buna görə də, hesab edirəm ki, Ermənistanın verdiyi açıqlama sadəcə beynəlxalq ictimaiyyəti manipulyasiya etməkdən başqa bir anlam daşımamaqdadır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Bakıda üzünə dolğu etdirən qadının çənəsi əyildi - Foto

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

"Formula 1": Azərbaycan Qran-prisində maraqlı statistik göstəricilər qeydə alınıb

Azərbaycan Premyer Liqası: "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Ən çox oxunanalar