Çərşənbə axşamı, 02 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərəstun Oruclu: Təəssüf ki, Yaxın Şərqdə baş verən hadisələr böyük savaşın başlanğıcıdır...

Ötən həftə Avropada həm anti-islam, həm də anti-İsrail nümayişləri baş verdi...

Siyasi-şərhçi: “Hal-hazırda Avropa ölkələrində, ABŞ-da, hətta Avstriyada, Yeni Zelandiyada Yaxın Şərqdə baş verən hadisələrlə bağlı çox ciddi ictimai-siyasi proseslər gedir”.

“Mən deməzdim ki, bu müsəlman-xristian qarşıdurmasıdır. Hələlik bu, faktiki olaraq İsrailə və HƏMAS-a dəstək aksiyasıdır və onlara qarşı olan aksiyalardır. Yəni Fələstin tərəfdarları İsrailə qarşı, İsrail tərəfdarları isə HƏMAS-a qarşı adı altında aksiyalar keçirirlər”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu Avropada həm anti-islam, həm də anti-İsrail nümayişlərinin başlanmasını Poliqon-a şərh edərkən qeyd edib.

Ötən həftənin sonunda Avropada həm anti-islam, həm də anti-İsrail nümayişləri baş verdi. İspaniya və Fransada xristianlar müsəlmanlara qarşı yürüş keçirdi və islam dininə qarşı şüarlar səsləndirdilər. Xüsusi ilə 16-cı əsrdə müsəlmanlara və yəhudilərə qarşı böyük və kütləvi cəza tədbiləri (inkvizisiya məhkəməsi) həyata keçirilən İspaniyada bu nümayişçilər İspaniyada və bütövlükdə Avropada müsəlmanların olmalarını istəmədiklərini dilə gətirdilər. Fransada isə hökümətin dəstəklədiyi antisemitizmə qarşı yürüş keçirildi və yürüşdə “bu küçələr müsəlmanlara aid deyil” şüarı səsləndirildi. Ondan bir gün əvvəl isə Londonda təqribən bir milyon insan Fələstinin müdafiəsinə qalxdı. Bu nümayişdən sonra isə bəzi radikal qüvvələr İngiltərənin müsəlmanlar tərəfindən işğal olunduğunu bəyan etdilər. Danimarkada isə bir qrup islamçı Taliban və İŞİD bayraqları ilə yürüş etdilər.

Xristianların müsəlmanlara qarşı çıxması Avropada dini dözümsüzlüyün və qarşıdurmanın tətiklənməsi kimi qəbul edilə bilərmi? Və yaxud da əksinə, Avropada müsəlmanların Taliban və İŞİD bayraqları ilə yürüş etmələri hadisələrin axınını hansı istiqamətə yönləndirə bilər? Digər tərəfdən, Avropada Fələstin-İsrail qarşıdurmasının mərkəzinə çevrilməsi təhlükəsi görünürmü?

Fələstin-İsrail qarşıdurmasına görə Avropada baş verən qütbləşməni Poliqon-un əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Hər hansı təhrikçilik olacaqsa, ki, bu istisna deyil, hər hansı təxribat xarakterli addımlar atılacaqsa, bu da istina deyil, bu proseslər xristian-müsəlman qarşıdurmasına keçə bilər”.

Netanyahunun marağının Rusiya ilə üst-üstə düşdüyünə diqqət çəkən ekspert Polqon-a açıqlamasında qeyd edib ki, Yaxın Şərqdə başlayan savaş faktiki olaraq Rusiya-Ukrayna cəbhəsindən diqqəti yayındırıb:

“Hal-hazırda Avropa ölkələrində, ABŞ-da, hətta Avstriyada, Yeni Zelandiyada Yaxın Şərqdə baş verən hadisələrlə bağlı çox ciddi ictimai-siyasi proseslər gedir. Məsələn, Böyük BritaniyaABŞ-da Fələstinə dəstək aksiyaları olduqca ciddi miqyasdadır və maraqlı burasındadır ki, ABŞ-da Fələstinə dəstək aksiyalarını həyata keçirən, o təşəbbüsü irəli sürən əsasən bu gün administrasiyada, hakimiyyətdə olan demokratların tərəfdarlarıdır. Bildiyimiz kimi, cəmi bir ildən sonra ABŞ-da böyük seçki olacaq. Əlbəttə, bu şəraitdə demokratlar ciddi şəkildə uduza bilərlər. Dediyim kimi, məhz onların tərəfdarları ciddi şəkildə Fələstinə dəstək aksiyaları keçirirlər. Böyük Britaniyada da bu hərəkat güclüdür. Fransada isə bir qədər əksidir. Kontinental Avropada bəzi ölkələrdə, məsələn, Almaniyada ümumiyyətlə Fələstinə dəstək aksiyasını qadağan ediblər.

Mən deməzdim ki, bu müsəlman-xristian qarşıdurmasıdır. Hələlik bu, faktiki olaraq İsrailə və HƏMAS-a dəstək aksiyasıdır və onlara qarşı olan aksiyalardır. Yəni Fələstin tərəfdarları İsrailə qarşı, İsrail tərəfdarları isə HƏMAS-a qarşı adı altında aksiyalar keçirirlər. Bəli, bu aksiyaların dini qarşıdurma müstəvisinə keçməsi mümkündür. Nəzərə almalıyıq ki, Avropa ölkələrinin bir çoxunda gizli irqçilik, dini ayrı-seçkilik hər zaman olubdur. Bir çox hallarda bu özünü açıq göstərməyib, amma müxtəlif epizodlar olub, məsələn, azanın qadağan olunması, müsəlmanlara qarşı ayrı-seçkiliyin tətbiq olunması olubdur. Heç kim bunu danmır.

Mən bu mərhələdə, baş verənlərin hansısa dinlər arası konflikdə keçəcəyini gözləmirəm. Təbii ki, onu suni şəkildə qızışdırmasalar, yəqin ki, bu olmayacaq. Amma bu proseslər ilk növbədə həmin ölkələrdəki ictimai-siyasi vəziyyətə təsirini göstərəcəkdir. Məsələn, son sorğular göstərir ki, Almaniyada hakimiyyət koalisiyasında olan əsas aparıcı partiya olan Sosial Demokratların səsi 35 faizdən 20 faizə düşüb. Onların ciddi opanenti olan Xristian Demokratların səsi isə 30 faizi keçib. Əvvələr bu partiyaların elektorat nisbəti 21-25 faiz arasında dəyişirdi. Amma ən təhlükəlisi odur ki, Almaniyada ifrat sağçı sayılan Alternativ Partiyasının (bu partiya anti-islam, millətçi partiyadır) sorğularda reytinqi 25 faizə qalxıb. Yəni mühafizəkar alman millətçilərinin partiyası hazırda hakim partiya olan Sosial Demokratları 5 faiz üstələyib. Bu isə Almaniya üçün ciddi dəyişikliklərdən xəbər verir.

Ərəstun Oruclu: “Bu artıq savaşdır. Təəssüf ki, bu böyük savaşın başlanğıcıdır”.

Bütün bu tendensiyalar göstərir ki, Yaxın Şərqdə vəziyyəti gərginləşdirənlər həm də Qərb ölkələrindəki daxili siyasi vəziyyəti gərginləşdirməyi nəzərə almışdılar və indi Qərb ölkələri iki yoldan birini seçməlidir. Ya İsraili durdurmalıdırlar və ya da proses onların nəzarətindən çıxacaq. İsraili durdurmaq tendensiyası artıq görünməkdədir. Fransa prezidenti Emmanuel Makron İsraili tənqid etdi. ABŞ İsrailin Qəzzada əməliyyatları dayandırmasına və ümumiyyətlə, Qəzanın nəzarətə götürülməsini dayandırmasına çalışır. Amma İsrail də bunu çox yaxşı anlayır. Netanyahu hökumətinin nə bu günkü ABŞ administrasiyası ilə, nə Makronla, nə də Almaniyadakı hökumətlə münasibətləri yaxşı deyil. Ona görə dı Netanyahu çalışır ki, vəziyyəti gərginləşdirməklə Qərb ölkələrinə problem yaratsın.

Burada da Netanyahunun marağı Rusiya ilə üst-üstə düşür. Biz artıq gördük ki, Yaxın Şərqdə başlayan savaş faktiki olaraq Rusiya-Ukrayna cəbhəsindən diqqəti yayındırdı. Bu da azmış kimi ABŞ-da Nümayəndələr Palatasında çoxluq təşkil edən Respublikaçılar Ukraynaya yardım göstərməkdən imtina etdilər. Bax bu istiqamətdə əlbəttə, Avropada gərginlik yaşanacaq. Bu vəziyyətdə hər hansı təhrikçilik olacaqsa, ki, bu istisna deyil, hər hansı təxribat xarakterli addımlar atılacaqsa, bu da istina deyil, bu proseslər xristian-müsəlman qarşıdurmasına keçə bilər.

Təəssüf ki, bu gün Yaxın Şərqdə baş verən hadisələr fonunda dünya çox təhlükəli bir mərhələ gəlib çıxdı. Burada hər şey mümkündür. Bu artıq savaşdır. Təəssüf ki, bu böyük savaşın başlanğıcıdır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məmur qardaşı otağında bıçaqlanan keçmiş deputat yenidən millət vəkili olmaq istəyir

Kəlbəcərə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib

Hansı xəstəliklərdə şəxs hərbi xidmətə yararsız hesab olunur?

DTX-nin saxladığı sabiq xidmət rəisi azadlığa buraxıldı

Seçkilərin taleyini müəyyən edəcək iki amil: İranın azadlıq bayrağı təbrizlilərin əlindədir - Fotolar

Kirayədə yaşayan yeniyetmələr evdə qan içində tapılıblar 

İyul ayında bu bürcləri “pul yağışı” gözləyir 

"Bu şəhərdə"ni Fuad İsgəndərov davam etdirəcək?

İfrat sağçıların təkbaşına hökümət qurması Fransanın və Avropa İttifaqının siyasətinə necə təsir edəcək?

Elxan Şahinoğlu: Cəlilinin prezident seçilmək şansları daha yüksəkdir...

Od tutub yanan mövsüm meyvələri... - Və onlara edilən əcaib “endirim” kampaniyaları...

Azərbaycanda bu kənd palçıq altında qalıb - Sakinlər köçürülür - Video

Ən çox oxunanalar