Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Netanyahu Qəzzada humanitar fasilə çağırışlarını rədd edib

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında humanitar fasilə elan edilməsi çağırışlarını rədd edib...

Poliqon xəbər verir ki, CNN-ə müsahibəsində İsrailin Qəzza zolağındakı döyüş nöqtələrindən daha çox mülki şəxsin təxliyyə edilməsinə imkan vermək üçün döyüşlərdə daha uzun fasilə verməyi nəzərdən keçirib-istəməyəcəyi sualına Netanyahu belə cavab verib:

“Bu, fasilə deyil. Əgər siz döyüşləri bitirməkdən danışırsınızsa, bu, HƏMAS-ın istədiyidir. HƏMAS onlara qarşı mübarizəni mahiyyət etibarı ilə ləğv edən sonsuz fasilələr silsiləsi istəyir”.

CNN-ə müsahibəsində Netanyahu təsdiqləyib ki, İsrail bütün girovlar azad edilənə qədər Qəzza zolağında “heç bir atəşkəs”lə razılaşmayacaq.

Baş nazir İsrailin Qəzza zolağında əsas hədəflərini də açıqlayıb:

“Əvvəlcə, HƏMAS-ı məhv edilməlidir ki, daha 7 oktyabr kimi hücumlar həyata keçirə bilməsin”. İkincisi, müharibədən sonra Qəzza zolağında terrorun bərpa olunmaması üçün İsrailin “əsas hərbi paketi”ni həyata keçirilməlidir. Üçüncüsü, Qəzza zolağına nəzarəti öz üzərinə götürən hər hansı mülki orqanın anklavı “demilitarizasiyaya” və “deradikalizasiyaya” razılıq verməsi təmin edilməlidir”.

Netanyahu həmçinin əvvəllər Qəzzəyə nəzarət edən və işğal altındakı İordan çayının qərb sahilində yerləşən Fələstin Administrasiyasını “hər iki baxımdan” uğursuzluqda ittiham edib. Belə görünür ki, İsrail höküməti Qəzzada müharibədən sonra anklavda Fələstin Administrasiyasının rolunu istisna edir.

Bundan başqa, İsrailin Baş naziri israr edib ki, Qəzzada ən böyük “Əl-Şifa” xəstəxanası HƏMAS-ın “komanda mərkəzi” kimi istifadə olunur.

Qeyd edək ki, İsrail hərbçiləri bazar günü “Əl-Şifa” bölgəsində dəhliz açıldığını bildirsələr də, Beynəlxalq Qırmızı Xaç Komitəsi heç kimin oradan çıxa bilmədiyini bildirib.

Netanyahu qeyd edib ki, İsrailin cənuba doğru hərəkət etməsi çağırışları sayəsində Qəzza zolağında dinc əhali arasında itkilərin sayı azalır. Lakin bir ay əvvəl İsrailin hərbi hücuma başlamasından bəri Qəzzada 11 mindən çox insan həlak olub.

Netanyahu İsrailin öz müharibəsində beynəlxalq hüququ pozduğuna dair iddiaları rədd edərək, bu cür arqumentləri “cəfəngiyyat” adlandırıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Ən çox oxunanalar