İndoneziya sahillərində 6,9 bal gücündə zəlzələ qeydə alınıb...
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanların episentri təxminən Ambon şəhərindən 341 km cənub-şərqdə olub. Ocaq 10 km dərinlikdə yerləşir.
İtkilər və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.(oxu.az)
Poliqon.info