Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2024-cü ilin dövlət büdcəsi... - Hansı yeniliklər var?

Milli Məclis 2024-cü il üçün dövlət büdcəsinin müzakirələrinə başlayıb...

İqtisadçı-ekspert: “2024-cü ilin dövlət büdcəsi üçün açıqlanan ilkin parametrlərin 2023-cü ilin dövlət büdcəsi ilə böyük fərq yoxdur. Yəni istiqamətlər üzrə böyük fərqlər yoxdur”.

“Sosial xərclərin təqribən beş faizə qədər artır. Bu bir az suallar yaradır. Çünki gözləntilər daha yüksək artım olması ehtimalını özündə ehtiva edirdi”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli 2024-cü ilin dövlət büdcəsini Poliqon-a şərh edərkən qeyd edib.

Hazırda Milli Məclis 2024-cü il üçün dövlət büdcəsinin müzakirələrinə başlayıb. Gələn ilin dövlət büdcəsində diqqət cəlb edən hansı yeniliklər var və ağırlıqlar əsasən hansı sahələrə yönəlib?

Mövzunu Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “2024-cü ilin büdcəsinə 2023-cü ildəki eyni istiqamətlərin, eyni prioritetlərin davamı kimi baxmaq olar”.

Bundan sonra parlamentdə müzakirələrin olacağını diqqətə çatdıran ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, ola bilər müzakirələr zamanı xərc istiqamətlərində müəyyən dəyişikliklərə gedilsin:

“2024-cü ilin dövlət büdcəsi üçün açıqlanan ilkin parametrlərin 2023-cü ilin dövlət büdcəsi ilə böyük fərq yoxdur. Yəni istiqamətlər üzrə böyük fərqlər yoxdur. Yəni istiqamətlər üzrə böyük fərqlər yoxdur. Əsas məsələ işğaldan azad olunan torpaqların bərpasına 3.8 milyard manat əlavə vəsaitin ayrılmasıdır. Bu da 2020-ci il Vətən müharibəsindən sonra büdcədən ayrılan ən böyük məbləğdir.

Bundan başqa büdcənin sosial xərclərin təqribən beş faizə qədər artır. Bu bir az suallar yaradır. Çünki gözləntilər daha yüksək artım olması ehtimalını özündə ehtiva edirdi. Amma hələlik, sosial xərclərin beş faiz civarında artması gözlənilir. Müdafiə xərclərində də artım var.

Yəni 2024-cü ilin büdcəsinə 2023-cü ildəki eyni istiqamətlərin, eyni prioritetlərin davamı kimi baxmaq olar. İlkin açıqlanan rəqəmlər buna dəlalət edir. Amma bundan sonra parlamentdə müzakirələr olacaq. Ola bilər ki, müzakirələr zamanı xərc istiqamətlərində müəyyən dəyişikliklərə gedilsin”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Ən çox oxunanalar