Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ekspertlər gələcəyin əsas risklərini açıqlayıb - Siyahı

Araşdırma şirkəti “Ipsos” və sığorta nəhəngi AXA qlobal gələcək riskləri ilə bağlı onuncu hesabatını (Future Risks Report) dərc edib...

Poliqon xəbər verir ki, tədqiqat 50 ölkədən 3,2 min mütəxəssis arasında keçirilən sorğu əsasında tərtib edilib.

Mütəxəssislər qlobal iqlim dəyişikliyi ilə bağlı risklərə üstünlük verirlər. İkinci yerdə kibertəhlükəsizliklə bağlı risklər, üçüncü yerdə artan geosiyasi gərginliyin səbəb olduğu təhlükələr qərarlaşıb. Sorğu Yaxın Şərqdə vəziyyətin son zamanlar pisləşməsindən əvvəl aparılıb ki, bu da gələn ilki sorğuda reytinqə öz təsirini göstərəcək.

Süni intellektin inkişafı ilə bağlı risklər keçən ilki 14-cü yerdən 4-cü pilləyə yüksəlib. İlk onluğa daxil olan digər əsas çağırış və təhdidlərə enerji təhlükəsizliyi, məhdud təbii ehtiyatlar, sosial gərginlik, maliyyə və makroiqtisadi risklər daxildir.

Mütəxəssislərlə yanaşı, tədqiqatın müəllifləri geniş ictimaiyyətin 20 000 üzvü arasında sorğu keçirib. Respondentlər də iqlim dəyişikliyini birinci sıraya qoyublar. Lakin ikinci yerdə pandemiya və yoluxucu xəstəliklərin yayılması ilə bağlı narahatlıqlar dayanır ki, bu da mütəxəssisləri daha az narahat edir.

Əlavə etmək lazımdır ki, həm ekspertlər, həm də geniş ictimaiyyət arasında respondentlərin əksəriyyəti bəşəriyyətin bütün çağırışların öhdəsindən gəlmək və kollektiv tərəqqiyə nail olmaq üçün lazımi resurslara malik olduğuna əmindir. Gələcək böhranların mənfi nəticələrini aradan qaldırmağı bacaran qlobal oyunçular arasında hər ikisi əsas ümidlərini alimlərə bağlayır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ən çox oxunanalar