Qəzza zolağında Fələstinin HAMAS radikal təşkilatına qarşı şiddətli döyüşlər davam edir...
APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, son saatda 130-dan çox radikal quruplaşma üzvü məhv edilib.
İsrail Müdafiə Qüvvələrinin quru əməliyyatları zamanı Qəzza zolağında terrorçuların infrastrukturuna zərbələr endirilib.
Bundan əlavə HAMAS-ın yüksək rütbəli zabitlərinin olduğu bir neçə komando qərargahının vurulduğu bildirilib.
Poliqon.info