Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Üç dəfə hamilə qalmışam, sonsuz deyiləm - Mehriban Xanlarova efirdə sirrini açdı

Əməkdar artist Mehriban Xanlarova "Rəngarəng səhər" verilişində qonaq olub...

"Allahdan övlad istədim, amma vermədi. Amma bunlar qaldı geridə... Biz ailədə üç bacı, üç qardaş olmuşuq. Bir bacımı 22 yaşında itirmişəm. Onun 3 yaşında övladı qaldı. Mən ona analıq edirəm".

Poliqon bizim.media-ya istinadən bildriir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova qonaq olduğu "Rəngarəng səhər" verilişində deyib.

Sənətçi bildirib ki, dünyasını dəyişən bacısı övladının tələf olmasını istəyib.

Lakin aktrisa ana ola bilmədiyi üçün Allahdan bu körpənin doğulmasına dua edib və həmin uşağa analığı məhz özü edib:

"İllər ötdükcə hiss etdim... Dünyasını dəyişən bacım hamilə idi. Və o, həmin uşağı istəmirdi. Tələf etmək istəyirdi. Elə bil, o bacıma dedim ki, onsuz da uşağım olmur. O körpəni sən dünyaya gətir. İnanın, səmimiyyətimə. O bacım xəstə də deyildi. Sadəcə qoymadım o uşaq tələf olsun. Bəlkə də bu Allahın bir lütfü, səsi idi. Bilmirdim ki, 1993-cü ildə bacım dünyasını dəyişəcək və onun 3 yaşlı uşağı qalacaq. Günlər ötdükcə, yaşımın üstünə yaş gəldikcə "Allahım, bunları mənə yaşacadaqdınmı..." deyirəm".

M.Xanlarova sonsuz olmadığını dilə gətirib:

"Heç yerdə demədiyim bir sirrim idi. Uşağım olmurdu, bəlkə də dərinə getsəydim, uşağım olacaqdı. Sonsuz olmamışam. Üç dəfə hamilə qalmışam, amma tələf olublar. Ana hissini yaşamışam. Allahımdan çox razıyam, heç də peşman deyiləm. Həyat davam edir".

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Bakıda qadın sevgilisi və qonşusunu bıçaqlayıb

Gənc şairin ilk kitabı - "Qırmızıdan bənövşəyiyə"

Ən çox oxunanalar