Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MŞ “PRESS” gödəkçələrdən sui-istifadə ilə bağlı məlumat yayıb

Müxtəlif sosial şəbəkə profillərində bəzi şəxslərin Azərbaycan Mətbuat Şurasına məxsus olduğu iddia edilən, üzərində “PRESS” yazılmış və Şurasının loqosunun əksini tapdığı gödəkçələrdə media prinsiplərinə zidd fəaliyyət gerçəkləşdirdiyinə dair fikirlər və görüntülər paylaşılıb...

Poliqon xəbər verir ki, bu barədə Mətbuat Şurasının məlumatında qeyd olunub.

"Bununla əlaqədar bildiririk ki, Mətbuat Şurası həmin gödəkçələrin verilməsini dayandırıb.

Qeyd edək ki, gödəkçələr fərdi şəxslərə deyil, möhürlü və imzalı müraciət əsasında redaksiyalara verilirdi. Lakin Şura belə sadə prosedurun media fəaliyyəti həyata keçirdiyini bildirən təsadüfi şəxslərin də gödəkçələri əldə edə bilməsinə yol açdığını müəyyənləşdirdi. Buna görə gödəkçələrin verilməsi dayandırıldı.

Mətbuat Şurası həmçinin “PRESS” gödəkçələrin bənzərlərinin ayrı-ayrı şəxslər tərəfindən fərdi qaydada hazırlandığını da müəyyənləşdirib. Hazırda yayılmış görüntülərdə bu tip şəxslər əks olunub. Şura bildirir ki, gödəkçələr jurnalistlərin kütləvi aksiyalarda, ümumən ekstremal durumlarda peşə borclarını sərbəst yerinə yetirmələri, fərqlənmələri üçündür və heç bir halda media fəaliyyətindən kənar məqsədlər naminə istifadə edilə bilməz. Jurnalist adından sui-istifadə, təmənnalı münasibət və digər xoşagəlməz hallar “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na zidd olmaqla yanaşı, hüquqi məsuliyyət də yaradır. Mətbuat Şurası hər kəsi bunu nəzərə almağa çağırır.

“PRESS” gödəkçələrin yeni variantı və redaksiyalara verilməsi qaydaları hazırlanır. Yaxın vaxtlarda bununla bağlı şərtlərin açıqlanması planlaşdırılır", - məlumatda vurğulanıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Ən çox oxunanalar