Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sumqayıtdakı dəhşətli qətl bu səbəbdən baş verib - Təfərrüat

Ötən gecə Sumqayıtda 2 nəfərin qətlə yetirilməsi ilə nəticələnən silahlı insidentin bəzi təfərrüatları üzə çıxıb

Poliqon.info qafqazinfo-ya istinadən xəbər verir ki, ilkin araşdırmalardan sonra qətlin münaqişə zəminində, ailəyə yaxın şəxs tərəfindən törədilməsi müəyyən edilib. Hazırda həmin şəxsin yerinin müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır.

Bildirilir ki, silahlı şəxs gecə saatlarında Sumqayıtda 16-cı mikrorayonda yerləşən fərdi yaşayış evinə gəlib. O, evə hücum edərək Dağbəyi Fərəcovu və onun qızı Suzana Karakaşı güllələyərək qətlə yetirib. Bu zaman Suzananın həyat yoldaşı Serkan Karakaş və anası Tərlan Fərəcova da güllə yarası alıb.

Qonşuluqda yaşayan və polis şöbəsində sahə müvəkkili vəzifəsində çalışan Etibar Sarıyev və atası Mehman Sarıyev də səs-küyə çıxaraq qonşularına kömək etmək istəyib. Bu zaman onlar da müxtəlif dərəcəli xəsarətlər alıb.

Dağbəyi Fərəcovun sahibkar olduğu və kafe işlətdiyi bildirilir.

Hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, hadisəni törədən şəxs kameraya düşüb. Görüntülərdə 1 nəfər şəxsin (kişi) əlində silahla küçədə Dağbəyi Fərəcova məxsus evə yaxınlaşması əks olunub. Həmin şəxs qapının açılmasından sonra ardıcıl atəş açmağa başlayıb.

İlkin ehtimallara görə, cinayəti törədən şəxsin əsas məqsədi D.Fərəcovun kürəkəni Serkan Karakaşı qətlə yetirmək olub. Belə ki, S.Karakaş Bakıda bir neçə yerdə dönərxana açaraq işlədirmiş. Onun biznes fəaliyyəti ilə bağlı münaqişəsinin olması istisna edilmir. Hadisəni törədən şəxsin də Serkan Karakaşın qaldığı yeri öyrənərək onu və ailə üzvlərini qətlə yetirmək qərarına gəlməsi güman edilir.

Poliqon.info 


Etiket: Qətl


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

İsrail təyyarələri Yəmənin neft anbarlarını bombalayıb    

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Torpaqlarımızı azad etmək üçün lazım olsaydı, daha 17 il gözləyərdik

Bank kartlarına kiberhücumlar edərək külli miqdarda pulları ələ keçirən dəstə üzvləri həbs edilib

Ələt-Osmanlı-Astara dəmir yolu xətti yenidən qurulur

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Azərbaycan Prezidenti: Sülh və ərazilərimizin azad edilməsi naminə bütün şəxsi emosiyalarımı kənara qoymalı idim    

Dövlət başçısı: Avropa bir tərəfdən bizdən qaz hasilatını artırmağı xahiş edir, digər tərəfdən bunu maliyyələşdirmir

Prezident İlham Əliyev: Əminəm ki, Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

Ən çox oxunanalar