Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baydenə İranı vurması üçün təzyiqlər edilir

ABŞ prezidenti Co Bayden Yaxın Şərqdəki Amerika bazalarına hücumlara görə İran rəhbərliyinə zərbə endirməyə inandırılır, lakin o, hələ də tərəddüd edir...

Poliqon xəbər verir ki, bu barədə Washington Post qəzetinin məlumatında bildirilir. Nəşr yazır ki, son günlər ABŞ Suriyaİraqdakı bazalarına hücumlarla üzləşib və Vaşinqtonun fikrincə, İranın dəstəklədiyi hərəkatlar bunu həyata keçirir.

WP-nin məlumatına görə, bu hücumlar zamanı 24 amerikalı hərbçi yaralanıb. Buna görə də Baydenə İranı vurmaq üçün təzyiqlər artıb.

Qeyd edək ki, Bayden bir gün əvvəl o, İran rəhbərliyinə xəbərdarlıq etmişdi ki, Amerika bazalarına hücumlar davam edərsə, cavab veriləcək.

Nəşrin yazdığına görə, təzyiqlər ilk növbədə regionda Amerika qüvvələrinin genişləndirilməsini tələb edən respublikaçılar tərəfindən edilir. Onlara təqaüddə olan general Cozef Votel də qoşulub və o, Birləşmiş Ştatların ordusuna zərbələr endirməsini normaya çevirdiyini deyib.

Xatırladaq ki, ABŞ Dövlət Katibi Entoni Blinken də İranın hücumuna məruz qalacağı təqdirdə ABŞ-ın “sərt” cavab verəcəyi barədə xəbərdarlıq etmişdi. Lakin o qeyd edib ki, Vaşinqton Tehranla münaqişəyə can atmır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar