Oktyabrın 26-dan 27-dək Brüsseldə keçiriləcək Avropa İttifaqı sammitində əsas diqqət Fələstin-İsrail münaqişəsinin gərginləşməsi fonunda Yaxın Şərqdəki vəziyyətin müzakirəsi olacaq...
Poliqon xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel deyib.
Assosiasiyaya üzv ölkələrin rəhbərlərinə göndərdiyi dəvət məktubunda o, sammitdə Ukrayna münaqişəsinin unudulmayacağını qeyd edib:
"Bizim görüşümüz son vaxtlar Yaxın Şərqdə baş verən hadisələrlə daha da kəskinləşən böyük qlobal qeyri-sabitlik və etibarsızlıq dövründə keçirilir. Bu hadisələr bizi Ukraynaya davamlı dəstəyimizdən yayındırmadan dərhal diqqətimizi tələb edir. Bizim məsuliyyətimiz vahid və ardıcıl qalmaq və dəyərlərimizə uyğun hərəkət etməkdir".
Şalr Mişelin sözlərinə görə, Aİ liderləri Yaxın Şərq və Ukraynadakı vəziyyətlə bağlı məsələlərlə yanaşı, bir sıra daxili məsələləri, o cümlədən miqrasiya və iqtisadiyyat mövzusunu müzakirə edəcəklər. O vurğulayıb ki, xarici siyasət cəbhəsində tanınmamış Kosovo ilə Serbiya münasibətləri, eləcə də Azərbaycanla Ermənistan arasında qarşıdurma barədə danışacaqlar.
Poliqon.info