Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail-HƏMAS müharibəsinin Azərbaycana hansı təsirləri ola bilər?

Azərbaycan rəsmi olaraq heç bir tərəfi dəstəkləməsə də, ictimaiyyətin böyük qismi İsrailə dəstək nümayiş etdirsə də, İranpərəst dindarlar HƏMAS-ı haqlı görürlər...

Politoloq: “HƏMAS-İsrail qarşıdurması Azərbaycanın məsələsi deyil və Azərbaycan bu problemə müdaxilə etmək istəmir”.

“İsrail-HƏMAS müharibəsi Azərbaycanda hər hansı bir qarşıdurmaya gətirib çıxara bilməz”.

Bu sözləri politoloq Natiq Miri İsrail-HƏMAS gərginliyinin Azərbaycana təsirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Mövcud İsrail-HƏMAS gərginliyi dünya ölkələrini, cəmiyyətləri iki yerə bölüb. Bir qrup ölkə İsraili dəstəkləsə də, bəziləri HƏMAS-ın haqlı olduğunu düşünür. Azərbaycan rəsmi olaraq heç bir tərəfi dəstəkləməsə də, ictimaiyyətin böyük qismi İsrailə dəstək nümayiş etdirir və bunun səbəbi də İsrailin Azərbaycana verdiyi dəstək və Fələstinin, o cümlədən HƏMAS-ın uzun illər boyu Ermənistanı müdafiə etməsidir. Lakin İran tərəfdarları da güclü mövqeyə sahibdir və onlar açıq şəıkildə Fələstini müdafiə edirlər.

İsrail-HƏMAS müharibəsi daha da böyüyərsə və öz coğrafiyasını genişləndirərsə, bunun Azərbaycana hansı təsirləri ola bilər? Bu müharibə ətrafında Azərbaycan cəmiyyətində parçalanma mümkündürmü?

Mövzunu Poliqon-un əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “İsrail-HƏMAS müharibəsinin birbaşa Azərbaycana təsirinin olacağını da gözləmirəm. Çünki belə bir təsirin olması üçün İsrailin və ABŞ-ın İrana hərbi müdaxiləsinə ehtiyac var”.

HƏMAS-İsrail qarşıdurmasının Azərbaycanın məsələsi olmadığını qeyd edən politoloq Poliqon-a açqıalamasında bildirib ki, Azərbaycan bu məsələdə beynəlxalq hüquqdan irəli gələn şəkildə davranır:

“HƏMAS-İsrail qarşıdurması Azərbaycanın məsələsi deyil və Azərbaycan bu problemə müdaxilə etmək istəmir. Balanslaşdırılmış mövqe ilə rəsmi Bakı əslində haqlının tərəfində durmağa çalışır. Bu kontekstdə BMT-nin qətnamələri var və Azərbaycan bu qətnamələrin yerinə yetirilməsinin tərəfdarıdır. Çünki Azərbaycan BMT-nin icra olmayan 4 qətnaməsindən 30 ilə yaxın zərər çəkib. Nəhayət, bunu özü 3 min şəhid verərək həyata keçirməli olub. Yəni, Azərbaycan beynəlxalq hüquqdan irəli gələn şəkildə davranır və düşünürəm, doğrusu olan budur.

İsrail-HƏMAS müharibəsi Azərbaycanda hər hansı bir qarşıdurmaya gətirib çıxara bilməz. Buna görə də, kimlərsə bunu tətikləmək istəyirsə, xüsusilə İranda bu yöndə kimlərsə, dırnaqlarını bir-birinə sürtürsə, düşünürəm ki, yanılır. Belə bir şey olmayacaq.

Natiq Miri: “Müdaxilə etmədiyi təqdirdə İrana qarşı da hər hansı bir böyük müharibənin olacağı ehtimalı da, çox azdır. Buna görə də, Azərbaycana ciddi hansısa təsirləri olacağı ehtimalını çox az dəyərləndirirəm”.

İsrail-HƏMAS müharibəsinin birbaşa Azərbaycana təsirinin olacağını da gözləmirəm. Çünki belə bir təsirin olması üçün İsrailin və ABŞ-ın İrana hərbi müdaxiləsinə ehtiyac var. Konkret hadisələrin buraya qədər inkişaf edəcəyini düşünmürəm. Ola bilsin ki, hansısa məqamda İranın prosesdə iştirakı ifşa olunandan sonra, yaxud da Livandakı İranın dəstəklədiyi Hizbulla əgər proseslərə hərbi cəhətdən müdaxilə edə və İsraillə döyüşərsə, bu kontekstdə İranın bəzi strateji obyektləri vurula bilər. Bu da İranın hərbi-sənayesinin, eyni zamanda iqtisadiyyatının zərər çəkməsinə gətirib çıxara bilər. Yəni, İranın zəifləməsinə gətirib çıxara bilər.

Ancaq bütövlükdə İrana hərbi müdaxilədən söhbət getmir və kimsə bu haqda da düşünmür. Ayrıca 2-3 cəbhədə İsrail dövlətinin müharibə apara bilmə ehtimalı da o qədər yüksək deyil. Sadəcə olaraq, havadan bombardmanlar mümkündür ki, strateji obyektlər, neft obyektləri, nüvə obyektləri, hərbi-sənaye obyektləri vurula bilər ki, bu da İran üçün çox böyük ziyan deməkdir.

Bunun da Azərbaycana birbaşa təsiri mümkün deyil. Yəni, İran müharibə iştirakçısı olmayacaq. İranın proseslərə müdaxilə edəcəyini düşünmürəm. Müdaxilə etmədiyi təqdirdə İrana qarşı da hər hansı bir böyük müharibənin olacağı ehtimalı da, çox azdır. Buna görə də, Azərbaycana ciddi hansısa təsirləri olacağı ehtimalını çox az dəyərləndirirəm. Belə şey olmayacaq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Dövlət qulluğuna qəbul imtahanında 34 nəfər uğur qazanıb

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

DİM elektron imtahanlar korpusunda ilk imtahanını keçirib - Yenilənib

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Ən çox oxunanalar