Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Okampo ifşa olundu: Ermənilər anti-Azərbaycan məruzəsini hazırlamaqda ona kömək ediblər

Ermənilər müəllifi Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş baş prokuroru Luis Okampo olan anti-Azərbaycan məruzəsinin hazırlanmasına kömək ediblər...

“Trend” xəbər verir ki, bu barədə ABŞ-nin Kaliforniya ştatının Orinc dairəsinin Ali Məhkəməsinin hakimi Qassiya Alkaryan deyib.

O bildirib ki, erməni hüquqşünaslar həm İrəvanda, həm də Qarabağda aktiv şəkildə onların iddiasına görə, Qarabağda “Azərbaycan tərəfindən törədilən”, əslində isə mövcud olmayan “soyqırımı” ilə bağlı qondarma “sübutlar” “toplayıblar”.

Bundan başqa, Alkaryan qeyd edib ki, “bu sənədin hazırlanmasında, əsasən, erməniəsilli amerikalılar iştirak ediblər”.

O əlavə edib ki, sonradan Okamponu da onlara qoşulmağa dəvət ediblər və onlar birlikdə “sənəd” üzərində “çalışıblar”.
Bir halda ki, bu məruzəni “hazırlayanlar”ın böyük bir hissəsi bu və ya digər formada Ermənistanla əlaqəlidir, onunla bağlı hansı qərəzsizlikdən danışmaq olar?

Bundan başqa, artıq sübut olunub ki, Okampo hələ vəzifədə olarkən, həmçinin vəzifədən kənarlaşdırıldıqdan sonra da maliyyə fırıldaqları ilə məşğul olub. Onun öz “əməyinə” görə ermənilərdən də “mükafat” aldığı istisna deyil.

Azərbaycan da öz növbəsində məruzədə deyilənləri araşdırmaq məqsədilə vəkil cəlb edib. Beynəlxalq hüquq sahəsində təcrübəli vəkil olan Rodni Dikson Okamponun irəli sürdüyü subyektiv fikirləri təkzib edib. Dikson belə nəticəyə gəlib ki, Qarabağın erməni əhalisinin “soyqırımı”na məruz qaldığına dair iddia heç bir sübutla təsdiq olunmayıb və beynəlxalq ictimaiyyət Okamponun “sənəd”inə ciddi yanaşmamalıdır.

Poliqon.info


Etiket: Okampo


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

Ən çox oxunanalar