Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

SBU müharibə başlayandan Rusiyanın ən böyük kəşfiyyat şəbəkəsini ifşa edib - Foto

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Nikolayev vilayətində genişmiqyaslı xüsusi əməliyyat keçirib, nəticədə 13 yerli sakinin daxil olduğu daha bir rus agentura şəbəkəsini zərərsizləşdirib...

Poliqon xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, həbs olunanlar cənub bölgəsi ərazisində Müdafiə Qüvvələrinin bazalarının və hərəkətlərinin yerləri barədə kəşfiyyat məlumatları toplayıblar. Həmçinin vilayət mərkəzinin yaşayış və sosial infrastrukturuna hava hücumlarını düzəldiblər.

Məhz onların rəhbərliyi altında ruslar 2022-ci ilin payızında S-300 zenit-raket kompleksi ilə Nikolayevdə çoxmərtəbəli binanı vurub. Həmin vaxt biri azyaşlı uşaq olmaqla 7 mülki şəxs həlak olub.

Müəyyən edilib ki, rusiyalı informatorlar Ukrayna obyektlərinin koordinatlarını əlaqə vasitəsilə FTX-yə ötürüblər. Onun kremlpərəst bloger Serhey Lebedev olduğu üzə çıxıb.

Mövcud məlumatlara görə, Lebedev Rusiya xüsusi xidmətində “RİA-Novosti” xəbər agentliyinin “ştatdankənar müxbiri” kimi çalışır və müvəqqəti olaraq işğal olunmuş Donetskdə gizlənir.

Bu ilin iyun ayında SBU onu Ukraynaya qarşı kəşfiyyat və təxribat fəaliyyətinə görə ifşa edib, dövlətə xəyanət və müharibə qanunlarını pozmaqda günahlandırıb.

Onun fəaliyyətinin araşdırılması zamanı müəyyən edilib ki, o, FTX-nin göstərişi ilə Nikolayev vilayətinin ərazisində uzaqdan öz qrupunu yaradıb.

Buraya onun telegram kanalının 13 yerli abunəçisi daxildir. Məhz bu internet resursu vasitəsilə həmin şəxs öz agentlərini işə götürüb və sonra onlardan kəşfiyyat məlumatı alıb.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində SBU əməkdaşları qrupun bütün üzvlərini müəyyən edərək müxtəlif yerlərdə saxlayıblar.

Toplanmış sübutlar əsasında Təhlükəsizlik Xidmətinin müstəntiqləri saxlanılan 9 nəfərə Ukrayna Cinayət Məcəlləsinin 114-2-ci (silahların, silah-sursatın və hərbi təchizatın Ukraynaya ötürülməsi, təhvil verilməsi, Silahlı Qüvvələrin hərəkəti, köçürülməsi və ya yerləşdirilməsi haqqında məlumatın icazəsiz yayılması) maddəsiə cinayət işi amıblar. Təqsirləndirilən şəxslər hazırda həbsdədir. Onlarla bağlı araşdırmalar davam etdirilir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

HƏMAS İsraillə atəşkəsə razılaşıb - Yenilənib

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Ən çox oxunanalar