Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanın mina terrorunun qurbanlarının sayı açıqlanıb

Ermənistanın mina terrorunun qurbanlarının sayı açıqlanıb...

"Report"un xəbərinə görə, 2020-ci il noyabrın 10-dan bu günədək Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində baş vermiş mina hadisələri nəticəsində 314 nəfər minadan zərər çəkib. 48 nəfəri mülki, 13 nəfəri hərbçi olmaqla 61 nəfər həlak olub. Eyni zamanda mina partlayışları nəticəsində ümumilikdə 101 nəfər mülki, 152 nəfəri isə hərbçi yaralanıb.

10.11.2020 - 14.12.2021-ci illər tarixində Ermənistanın mina terroru nəticəsində 197 nəfər xəsarət alıb, onlardan 36 nəfər həlak olub. Həmin şəxslərdən 29 nəfəri mülki vətəndaş, 7-si hərbçidir. Bu tarixlərdə sözügedən səbəblərdən 52 nəfəri mülki, 109 nəfəri hərbçi olmaqla 161 nəfər yaralanıb.

15.12.2022 – 04.02.2022-ci illərdə cəmi 7 nəfər zərər çəkib. Onlardan 4 nəfər mülki vətəndaş, 2 nəfəri hərbçi olmaqla 6 nəfər yaralanıb, 1 nəfər mülki şəxs isə vəfat edib.

05.02.2022 – 06.04.2022-ci illərdə mina terroru nəticəsində 6 nəfər yaralanıb. Onlardan 5 nəfəri mülki vətəndaş, 1 nəfəri hərbçidir.

07.04.2022 – 18.05.2022-ci illərdə ümumilikdə 12 nəfər mina partlayışlarından xəsarət alıb. Onlardan 7 nəfər mülki vətəndaş, 3 nəfər hərbçi olmaqla 10 nəfər yaralanıb, 2 mülki şəxs isə həlak olub.

19.05.2022 – 18.08.2022-ci illərdə 11 nəfər mina partlayışlarından xəsarət alıb. Onlardan 8 nəfər mülki vətəndaş, 2 nəfər hərbçi olmaqla 10 nəfər yaralanıb. 1 nəfər hərbçi həlak olub.

19.08.2022 - 23.09.2022-ci illərdə 22 nəfər mina partlayışlarından xəsarət alıb. Onlardan 2 nəfəri mülki vətəndaş, 18 nəfəri hərbçi olmaqla 20 nəfər yaralanıb. 2 nəfər hərbçi həlak olub.

24.09.2022 - 03.10.2022-ci illərdə 5 nəfər mülki vətəndaş mina partlayışlarından xəsarət alıb. Onlardan 3 nəfər mülki vətəndaş yaralanıb, 2 nəfəri həlak olub.

04.10.2022 - 10.11.2022-ci illərdə 11 nəfər mina partlayışlarından xəsarət alıb. Onlardan 6 nəfəri mülki, 4 nəfəri hərbçi olmaqla 10 nəfər yaralanıb. 1 nəfər mülki vətəndaş həlak olub.

11.11.2022 - 06.01.2023-ci illərdə 9 nəfər mina partlayışlarından xəsarət alıb. Onlardan 4 nəfəri mülki, 4 nəfəri hərbçi olmaqla 8 nəfər yaralanıb. 1 nəfər hərbçi həlak olub.

07.01.2023 - 14.03.2023-ci illərdə 5 nəfər mina partlayışlarından xəsarət alıb. Onlardan 1 nəfər mülki, 2 nəfər hərbçi olmaqla 3 nəfər yaralanıb. 1 nəfər hərbçi, 1 nəfər mülki vətəndaş həlak olub.

15.03.2023 - 12.06.2023-ci illərdə 16 nəfər mina partlayışlarından xəsarət alıb. Onlardan 6 nəfər mülki, 3 nəfər hərbçi olmaqla 9 nəfər yaralanıb. 1 hərbçi, 6 mülki vətəndaş həlak olub.

13.06.2023 - 23.08.2023-ci illərdə 2 nəfər mina partlayışlarından xəsarət alıb. Onlardan 1 nəfər mülki vətəndaş, 1 nəfər hərbçi həlak olub.

24.08.2023 - 11.09.2023-ci illərdə 3 nəfər mina partlayışlarından xəsarət alıb. Onlardan 2 nəfər mülki vətəndaş, 1 nəfər hərbçi həlak olub.

12.09.2023 - 19.09.2023-ci illərdə 8 nəfər mina partlayışlarından xəsarət alıb. Onlardan 2 nəfər hərbçi yaralanıb, 6 nəfər mülki vətəndaş həlak olub.

Qeyd edək ki, hazırda 970 551.604 kv.m (97 055.2 ha) ərazi mina və digər partlayıcı qurğulardan təmizlənib.

Xatırladaq ki, aşkar edilmiş mina və digər partlayıcılar cəmi 94 244 ədəd, piyadalar əleyhinə minalar 29 617, tank əleyhinə minalar 17 048, partlamamış hərbi sursatlar isə 47 579 ədəddir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Bakıda qadın sevgilisi və qonşusunu bıçaqlayıb

Gənc şairin ilk kitabı - "Qırmızıdan bənövşəyiyə"

Politoloq: ABŞ regionda demokratiya oyunu adı altında yerləşmək istəyir...

Ən çox oxunanalar