Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məsha Əminin ölümünün ildönümündə yeni həbs dalğası - İranda 260 nəfər saxlanıldı

İran təhlükəsizlik qüvvələri bir il əvvəl həbsdə ölməsi rejimə qarşı kütləvi etirazlara səbəb olan 22 yaşlı Məhsa Əminin ölümünün birinci ildönümündə 260-dan çox adamı saxlayıb...

Poliqon xəbər verir ki, bu barədə Almaniyanın DW telekanalı məlumat yayıb.

“Saxlanma sentyabrın 16-da həyata keçirilib. Təhlükəsizlik orqanları onları ictimai təhlükəsizliyin pozulması, etiraz aksiyalarının təşkili və ya silah saxlamaqla əsaslandırıblar”, deyə məlumatda bildirilir.

Qeyd olunur ki, bir gün əvvəl hakimiyyət yeni etirazların qarşısını almaq üçün ciddi təhlükəsizlik tədbirləri görüb. Xüsusilə, hüquq müdafiəçilərinin bildirdiyinə görə, İranın qərbində yerləşən Səqqez şəhərində Əmini ailəsinin evinin yaxınlığında çoxlu sayda polis məmuru yerləşdirilib.

Məhsa Əminin atası Əmcəd Əmini sentyabrın 16-da axşam saatlarında qızının xatirəsinə matəm tədbirinin keçiriləcəyini açıqlayıb. Mühacirətdə olan İran mediasının məlumatına görə, daha sonra həmin şəxs polisə çağırılıb və xəbərdarlıq edilib, lakin sonra sərbəst buraxılıb.

Qeyd edək ki, İranın əxlaq polisi Məhsa Əmini 2022-ci il sentyabrın 13-də Tehranda hicab taxma qaydalarına əməl etmədiyi üçün saxlayıb. Üç gündən sonra qızın ölümü ilə bağlı xəbər yayılıb. Bundan sonra İranı genişmiqyaslı etiraz dalğası bürüyüb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Bakıda üzünə dolğu etdirən qadının çənəsi əyildi - Foto

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar