Cümə axşamı, 05 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskva İrəvanın hərəkətlərini dost olmayan ölkənin addımları kimi dəyərləndirir...

Müəyyən mərhələdə Rusiya tərəfi Ermənistnla bağlı ictimai müstəvidə öz mövqeyini ifadə etməyə başlayıb, çünki ortada çoxlu suallar var...

Rusiya Ermənistanın hərəkətlərini BCM-nin Roma Statutunun mümkün ratifikasiyası kontekstində qeyri-dost ölkənin hərəkəti kimi qiymətləndirir”.

Poliqon xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün brifinqdə bildirib.

Zaxarova xatırladıb ki, Ermənistan səfiri artıq nazirliyə çağırılıb və ona İrəvanın bir sıra qeyri-dost hərəkətləri, o cümlədən Roma Əsasnaməsinin ratifikasiyası ilə bağlı təqdimat verib.

“İrəvanın motivasiyasını erməni tərəfi izah etməli və aydınlaşdırmalıdır. Bu, nə üçün edilir, niyə edilir? Yeri gəlmişkən, onlar öz qiymətlərini veriblər. Amma biz erməni dostlarımıza dəfələrlə demişik ki, bu addımları qeyri-dostluq hərəkətləri hesab edirik. Amma artıq müəyyən mərhələdə onlar ictimai müstəvidə danışmağa başlayıblar, çünki ortada çoxlu suallar var”, deyə Zaxarova brifinq zamanı bildirib.

Rusiya XİN rəsmisinin sözlərinə görə, Roma statunun ratifikasiyası Ermənistan tərəfinin Rusiyaya qarşı atdığı yeganə addım deyiladdımlar kompleks şəkildə həyata keçirilir.

Diplomat vurğulayıb ki, Rusiya sözsüz ki, Ermənistanı suveren dövlət hesab edir. Bununla belə, Moskva Ermənistanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşma prosesini gərginləşməyə və pisləşməyə doğru poza biləcək hərəkət və bəyanatlarının zərərli olmasına diqqət çəkir.

Ermənistan bu addımları Rusiyanın vasitəçiliyi ilə razılaşdırılan hər şeyin həyata keçirilməsinə mane olur. Bütün razılaşmalar üç dövlət başçısının təsdiq etdiyi bəyanatlarda öz əksini tapıb”, deyə Zaxarova vurğulayıb.

Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Rusiya sözdə deyil, real nizamlanmada maraqlıdır.

“Burada isə heç bir formal yanaşma, eksklüziv diplomatik praktika yoxdur. Rusiya tərəfi bunun Rusiyaya zərər vermədiyini, atılan bu təkəbbürlü addımların nizamlanmaya kömək etmədiyini izah etməyə çalışır”, deyə Rusiya XİN rəsmisi qeyd edib.

Qeyd edək ki, Ermənistan hökuməti sentyabrın 1-də Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun layihəsini parlamentə ratifikasiya üçün göndərib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməliyyat zamanı saxlanılan şəxs polkovnik imiş

Bu 3 bürcü gözlənilməz səfərlər gözləyir – Çantaları hazırlayın

ABŞ-də məktəbdə atışmada ölənlərin sayı 4-ə yüksəlib, 30 nəfər yaralanıb - Yenilənib

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazandı

Pakistan qüvvələri ilə “Taliban” arasında silahlı toqquşma olub

Daha 30 ailəlik köç karvanı Şuşaya çatıb – Yenilənib

Ən çox oxunanalar