Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Otuz il əvvəl şəhid olan hərbçinin cənazəsi Füzuliyə gətirilib

Birinci Qarabağ müharibəsində itkin düşən Azərbaycan Ordusunun döyüşçüsü Əli Hüseynovun meyitinin qalıqları 30 ildən sonra Füzuli rayonuna gətirilib...

"Report"un Qarabağ bürosunun verdiyi xəbərə görə, hazırda şəhidlə vida mərasimi keçirilir.

Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vida mərasimindən sonra şəhid rayonun Aşağı Yağlıvənd kənd qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, Hüseynov Əli Heydər oğlu 1968-ci ilin avqustun 13-də Füzuli rayonunun Yuxarı Yağlıvənd kəndində anadan olub. 1991-ci ilin axırından başlayaraq könüllü olaraq ordu sıralarına yazılıb. Füzuli, Xocavənd ərazisində gedən döyüşlərdə iştirak edib.

Ə.Heseynov 1993-cü ilin avqustun 6-da Füzuli rayonunun Govşaltı kəndinin azadlığı uğrunda gedən döyüşlərdə itkin düşüb.

2020-ci ilin 44 günlük Vətən müharibəsi ilə torpaqlarımız işğaldan azad olunandan sonra həmin ərazilərdə azərbaycanlıların kütləvi şəkildə basdırıldığı məzarlıqlar aşkarlanıb.

Ekspertiza nəticəsinə meyit qalıqlarından birinin Əli Hüseynova məsus olduğu təsdiqlənib.

Poliqon.info


Etiket: hərbçi cənazə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Ən çox oxunanalar