Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni deputat: Ermənistanın qərbində yerləşir Türkiyə yerləşir, Fransa yox...

“Hayastan” fraksiyasından olan deputat Artur Xaçatryan Ermənistanın Rusiya ilə gərgin münasibətlərindən narahatlıq ifadə edib...

Ermənistan hökuməti bu faktı necə gizlətməyə və ya hər şeyin qaydasında olduğunu göstərməyə çalışsa da, Ermənistanla Rusiya arasında münasibətlər kifayət qədər gərgindir”.

Poliqon xəbər verir ki, bunu jurnalistlərə “Hayastan” fraksiyasından olan deputat Artur Xaçatryan deyib.

“Bəlkə də yanılıram, amma mənim yaddaşımda indiyədək Ermənistan səfirinin Xarici İşlər Nazirliyinə çağırılması və etiraz notası verilməsi halı olmayıb”, deyə Xaçatryan bildirib.

Onun fikrincə, indiki şəraitdə Rusiya Federasiyası ilə münasibətlərin korlanması kifayət qədər riskli addımdır:

“Sülhməramlılar və onların fəaliyyətinin keyfiyyəti ilə bağlı suallar var, lakin bu, əsas həqiqəti inkar etmir”.

Deputat Moskva ilə münasibətlərdəki gərginliyi İrəvanın xarici siyasət vektorunun dəyişməsinin nəticəsi hesab edir. Eyni zamanda, o, Ermənistanın sərhədlərinin qorunması və Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə regiona silahlı kontingent göndərməyə digər xarici aktorlar arasında hər hansı bir hazırlıq görülmədiyini bildirib.

Ermənistan rəhbərliyinin nəzəri Qərbə yönəlib, orada təhlükəsizlik mənbəyi axtarır, amma başa düşmək lazımdır ki, Türkiyə Ermənistanın qərbində yerləşir. Fransa deyil, başqa ölkələr deyil, məhz Türkiyə”, deyə Xaçatryan qeyd edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar