Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Markovun Qarabağ düşüncələri... - Müharibənin başlanması artıq an məsələsidir?

Rusiyalı politoloq iddia edib ki, Qafqazda böyük hadisələr yaxınlaşır...

Siyasi-şərhçi: “II Qarabağ savaşında Azərbaycan elə bir reallıq yaradıb ki, Ermənistanda və Rusiyada Markov kimi düşünənlərin sayı kifayət qədər çoxdur, yəni ermənilər tezliklə Qarabağın tamamilə Azərbaycanın nəzarətinə keçəcəyini düşünürlər”.

“Qarabağda müharibənin an məsələsi olması, indi yox, Vətən müharibəmizdən sonra hər gün an məsələsinə çevrilib”.

Bu sözləri siyasi-şərhçi Cavanşir Abbaslı rusiyalı politoloq Sergey Markovun Qarabağda baş verənlərlə bağlı fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Rusiyalı politoloq Sergey Markov deyib ki, Qafqazda böyük hadisələr yaxınlaşır. Sosial şəbəkələr Qarabağ yaxınlığında hərbi təlimlər istiqamətinə hərəkət edən Azərbaycan ordusunun hərbi texnika karvanlarının kadrları ilə doludur. Dünən isə Ermənistan ordusunun sərhədə ağır texnika daşıması ilə bağlı görüntülər ortaya çıxdı. Eyni zamanda Markov hesab edir ki, tezliklə bütün Qarabağ Azərbaycanın tam nəzarətinə keçəcək. Bu fikirlər isə rəsmi İrəvanda əməlli-başlı çaxnaşma yaradıb.

Makrovun iddiası real ola bilərmi? Qarabağda müharibənin başlanması artıq an məsələsidir?

Qarabağ ərtafında baş verən son hadisələri Poliqon-un əməkdaşı AĞ Partiya sözçüsü, siyasi-şərhçi Cavanşir Abbaslı ilə müzakirə edib.

Cavanşir Abbaslı: “Qarabağ erməniləri yaxşı bilirlər ki, Azərbaycanın qəhrəman əsgərinin ayaqları səslərini tezliklə Xankəndində eşidəcəklər”.

Rusiyanın Ukraynada apardığı savaşdan və Ermənistanla olan gərginliyindən istifadə etməliyik olduğumuzu düşünən ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, burada Rusiya-Türkiyə yaxınlığını da unutmaq olmaz:

“Markov kimi düşünənlərin sayı durmadan artır. II Qarabağ savaşında Azərbaycan elə bir reallıq yaradıb ki, Ermənistanda və Rusiyada Markov kimi düşünənlərin sayı kifayət qədər çoxdur, yəni ermənilər tezliklə Qarabağın tamamilə Azərbaycanın nəzarətinə keçəcəyini düşünürlər. Niyə də olmasın? Ali Baş Komandan, Qarabağ Azərbaycandır!, deyibsə, deməli tamamilə Qarabağ Azərbaycan olacaq və gün də uzaqda deyil.

Qondarma rejimin ömrünə az qalıb. Sentyabrın 9-a növbəti şou xarakterli seçkilər keçirəcəklər, amma bu da heç nəyi dəyişməyəcək. Qarabağ erməniləri yaxşı bilirlər ki, Azərbaycanın qəhrəman əsgərinin ayaqları səslərini tezliklə Xankəndində eşidəcəklər. Bu reallıqlarla deyərdim ki, barışıblar. Sadəcə bu prosesin ömrünü uzatmağa çalışırlar. Amma necə deyərlər, bıçaq sümüyə dirənib.

Cavanşir Abbaslı: “Rusiya-Ermənistan arasında soyuq küləklər əsir. Bundan mütləq şəkildə yararlanmalıyıq. Putin Paşinyanı hansısa bir formada mütləq cəzalandıracaq”.

Qarabağda müharibənin an məsələsi olması, indi yox, Vətən müharibəmizdən sonra hər gün an məsələsinə çevrilib. Çünki ermənilərin özləri də “Dəmir Yumruq” üçün darıxıblar. Biz hər zaman deyirik, yenə də deyirik, Qarabağda antiterror əməliyyatı bir şərtdir. Bu yaranan zərurəti reallaşdırmalıyıq. Xüsusilə, bu günlərdə bu daha çox reallığa çevrilib. Çünki, Rusiya-Ermənistan arasında soyuq küləklər əsir. Bundan mütləq şəkildə yararlanmalıyıq. Putin Paşinyanı hansısa bir formada mütləq cəzalandıracaq. Rusiyanın Ukraynada apardığı savaşdan və Ermənistanla olan gərginliyindən istifadə etməliyik və edəcəyik də. Təbii ki, burada Rusiya-Türkiyə yaxınlığını da unutmaq olmaz.

Onu da qeyd edim ki, hər kəsdən xahiş edirik, sosial şəbəkələrdə hərbi karvanlarımızın getməsi yönündə xəbərlər, kadrlar paylaşılmasın. Düşmən mediası, sosial şəbəkə istifadəçiləri bizi bizdən daha yaxşı izləyirlər. İndiki şəraitdə isə, buna heç bir halda yol vermək olmaz. Aidiyyatı orqanlar bununla bağlı ciddi və sərt qərarlar qəbul etməlidir. Bu məsələdə qəti şəkildə güzəştlərə getmək olmaz”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar