Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda iğtişaşların başlanmasının səbəbkarı Məhsa Əmininin əmisi həbs edildi

İranda 2022-ci il sentyabrın 16-da “əxlaq polisi” tərəfindən həbs olunduqdan sonra ölümü aylarla etirazlara səbəb olan gənc iranlı qadın Məhsa Əmininin əmisi həbs edilib...

“Henqau” kürd insan haqları təşkilatı və mərkəzi Fransada yerləşən Kürdüstan İnsan Haqları Şəbəkəsi ayrı-ayrılıqda açıqlama verərək 30 yaşlı Safa Aelinin məmləkəti Sakkizdə təhlükəsizlik qüvvələri tərəfindən tutulduğunu və naməlum yerdə saxlandığını açıqlayıb.

Məlumata görə, İran qüvvələri axtarış qərarı olmadan Safa Aelinin evinə basqın ediblər. Məhsa Əmininin ölümünün ildönümünə bir neçə gün qalmış Sakkiz qəsəbəsi sıx təhlükəsizlik nəzarəti altındadır. Bundan əlavə, 22 yaşında dünyasını dəyişən gənc qadının məzarının ətrafına da kameralar yerləşdirilib.

Məhsa Əmininin ciddi islami geyim qaydalarına əməl etmədiyi üçün “əxlaq polisi” tərəfindən saxlanıldıqdan sonra həbsdə ölməsi İranda aylardır zorakılıqla yatırılan nümayişlərə səbəb olub və “Qadınlar, həyat, azadlıq” hərəkatının başlanmasına təkan verib. Bir çox iranlı qadın bir ildir ki, hicablarını çıxararaq hakimiyyətə meydan oxuyur.

İnsan haqları təşkilatları, o cümlədən “Amnesty International” İran hökumətini Məhsa Əmininin ölümünün ildönümü ərəfəsində təzyiqləri artırmaqda ittiham edir.
Bu mənbələrin məlumatına görə, aksiyalar zamanı öldürülən etirazçıların ailə üzvləri növbəti nümayişlərin qarşısını almaq üçün həbs edilib.

Mənbələr həbs olunanlar arasında son aylardakı etirazlarla birbaşa əlaqəli olan və edam edilənlərdən biri olan Məhəmməd Mehdinin atasının da olduğunu bildirib.(Haber Global)

Poliqon.info


Etiket: Məhsa Əmini


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

Rusiya artıq sülh prosesində iştirak etməsinin imkansızlığını başa düşür?

Ən çox oxunanalar