Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Canni De Byazi: “Belçikaya təslim olmaq fikrimiz yoxdur”

“Belçikaya təslim olmaq fikrimiz yoxdur”...

“Report”un “voetbalgokken.nl” saytına istinadən məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AVRO-2024-ün seçmə mərhələsində Belçika yığmasına qarşı keçiriləcək oyunla bağlı danışarkən deyib.

İtaliyalı mütəxəssis rəqibin heyətində ulduz futbolçuların cəmləşdiyini söyləyib: “Belçikalılarla oyun çox çətin olacaq. Rəqib böyük ulduzlara malik komandadır və FİFA reytinqində yuxarı pillələrdədir. Onların tanınmış klublarda çıxış edən futbolçuları var. Bizim oyunçuların çoxu isə daxili çempionatda mübarizə aparırlar. Ancaq yenə də öz oyunumuzu sərgiləyəcək və hədəflərimizə çatmaq üçün əlimizdən gələni edəcəyik”.

67 yaşlı məşqçinin fikrincə, əsas problem milliyə namizəd futbolçu sayının az olmasıdır: “Düşünürəm ki, Almaniyada keçiriləcək Avropa çempionatına vəsiqə qazanmaq çox çətin olar. Azərbaycan millisinin səviyyəsi o qədər yüksək olmasa da, ildən-ilə daha da yaxşılaşır. Yaxşı oyunçularımız var. Əsas problem odur ki, seçim imkanımız məhduddur”.

Qeyd edək ki, Azərbaycan – Belçika oyunu sentyabrın 9-da “Dalğa Arena”da keçiriləcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb

Qurban Yetirmişli Lənkəranda baş verən zəlzələ barədə: Afterşoklar ola bilər

Baş direktor: ICESCO azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır  

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Ən çox oxunanalar