Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov: "Ermənistan Qarabağda Azərbaycan hakimiyyəti ilə erməniəsilli sakinlər arasında dialoqa maneçilik törədir"

Ceyhun Bayramov Macarıstan diplomatik nümayəndəlik rəhbərlərinin konfransında çıxış edib...

"Ermənistan Qarabağda Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə erməniəsilli yerli sakinlər arasında dialoqa maneçilik törədir".

Poliqon xəbər verir ki, bu barədə Ceyhun Bayramov Macarıstan diplomatik nümayəndəlik rəhbərlərinin konfransında çıxışı zamanı deyib.

Nazir Ermənistanın Azərbaycana qarşı təcavüzü, Vətən müharibəsi, normallaşma gündəliyi barədə konfrans iştirakçılarını məlumatlandırıb.

O, Ermənistanın öhdəliklərə zidd və dövlətlərarası normallaşma üçün əsas maneə olan Azərbaycanın suveren ərazilərində qeyri-qanuni hərbi mövcudluğunu davam etdirməsindən, davamlı hərbi təxribatlar, o cümlədən mina təhlükəsi, daxili işlərimizə daimi müdaxiləsindən, Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə erməniəsilli yerli sakinlər arasında dialoqa maneçilik törətməsindən, beynəlxalq səviyyədə aparılan genişmiqyaslı qarayaxma kampaniyasından bəhs edib. Macarıstanın istər münaqişə zamanı, istərsə də ondan sonra Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstək yüksək qiymətləndirilib.

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli vətəndaşlarını öz siyasi, sosial, iqtisadi məkanına inteqrasiya etməkdə qətiyyətli olduğu, post-münaqişə dövründə misli görünməmiş bərpa və yenidənqurma işlərinə başladığı bildirilərək, bu kontekstdə işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması prosesində Azərbaycana dəstək verməyə hazır olduqları üçün macar dostlara minnətdarlıq ifadə olunub.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Bakıda üzünə dolğu etdirən qadının çənəsi əyildi - Foto

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Azərbaycan Premyer Liqası: "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib

"Formula 1": Azərbaycan Qran-prisində maraqlı statistik göstəricilər qeydə alınıb

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Ən çox oxunanalar