Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda kirayə mənzil bazarında vəziyyət necədir?

Hər ilin bu vaxtı, yəni tədris müəssisələrinin açılması ərəfəsində Bakıda kirayə mənzil bazarı canlanır. 

Xüsusən bölgələrdən tələbələrin paytaxta üz tutması bazarda tələbi kəskin artırır. Bu isə qiymətlərə təsir edir.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc “Report”a açıqlamasında hazırda Bakının kirayə mənzil bazarında tələbin əvvəlki illin eyni dövrü ilə müqayisədə 10-13 % çox olduğunu bildirib.

Tələb artıb, təklif dəyişməyib

Onun sözlərinə görə, bu il ölkəmizə xaricdən gələnlərin və xüsusilə yay aylarında Bakıda ev kirayələyənlərin sayı daha çox olub: "Xüsusilə də Türkiyədən gələnlərin sayı artıb. Digər tərəfdən, torpaqlarımız işğaldan azad edildikdən sonra ölkəyə investisiya axını başlayıb. Nəticədə kirayə evlərinə tələbat daha da yüksəlib. Buna geosiyasi münaqişələr də təsir edib. Hələ də ölkəmizdə Rusiya və Ukraynadan gələn şəxslər var. Bazarda təklif sayı isə əvvəlki kimi qalıb. Nəticədə mənzil qıtlığı yaşanır. Bu qıtlıq isə qiymət artımına gətirir. Bu dəfə əvvəlki illərdən fərqli olaraq qiymət artımı daha dinamik, daha yüksək sürətlə gedir”.

Köhnə mənzillər 450-500 manat, yenilər 550-600 manatdır

V.Oruc bazarda bundan bir il yarım əvvəl yaşanan qiymət artımının yenidən təkrarlandığını vurğulayıb:

”Hər il tədris dövrünün əvvəllərində yaşanan bu ajiotaj bitəndən sonra qiymətlərdə stabillik və ya enmələri görəcəyik. Lakin bu o demək deyil ki, qiymətlər əvvəlki dövrə qayıdacaq. Daşınmaz əmlak bazarında qiymətlərin yüksəliş dinamikası bir həddə çatırsa, sonradan enmələr çox olmur. Bu da getdikcə manatın alıcılıq qabiliyyətinin aşağı düşməsindən və daşınmaz əmlakın ölkəmizdə bahalaşmasından asılıdır. Eyni zamanda ölkənin iqtisadi vəziyyəti, beynəlxalq maliyyə durumu, ölkəyə investisiya qoyuluşu, ölkədə iqtisadi böyümə, mənzillərə tələbatın artması və mövsümi hadisələr də qiymət artımına təsir edir".

Ekspertin fikrincə, hazırda Bakıda köhnə tikililərdə birotaqlı mənzillərin kirayə qiyməti 450-500 manat, yeni tikililərdə isə 550-600 manat təşkil edir: "Bu qiymətlər mənzilin komfort səviyyəsi və əşyalı olub-olmamasına görə dəyişir".

Qiymətlərdə ciddi azalma olmayacaq

O, qiymətlərin sentyabrdan sonra stabil qalacağını və ya enəcəyini də istisna etməyib: "Amma enmələr olsa da, ciddi olmayacaq.

Keçən ilin əvvəlində Rusiya və Ukraynadan axın olanda kirayə mənzil bazarında qiymətlər xeyli artdı. Bir çox yerlərdə 30-35 % civarında qiymət artımı oldu. Vəziyyət sakitləşəndən sonra qiymətlər yenidən enməyə başladı. Əvvəllər 30-35 % olan qiymət artımı 10 %, bəzi yerlərdə 12-13 % həddinə endi. Yəni birinci mərhələdə 550-600 manata olan mənzillərin kirayə haqqı təqribən 700 manata yüksəldi. Xaricdən gələnlərin çoxu getdikdən sonra isə 700 manata olan mənzillərin qiyməti təqribən 600 manat oldu. Bu, kirayə mənzilə tələbatın azaldığını göstərirdi”.

Əksər tələbələr minimum əşyalarla kifayətlənir

Müsahibimiz bildirib ki, metro stansiyalarına yaxın ərazilərdə tələbat və qiymət artımı daha çoxdur:

“Bunlar əsasən təhsil müəssisələrinin daha çox olduğu “Elmlər Akademiyası”, “İnşaatçılar”, “İçəri şəhər”, “Sahil”, “28 May”, “Gənclik” metrostansiyalarıdır. Metrodan uzaqlaşdıqca qiymətlər nisbətən aşağı olur. Kirayə mənzil axtaran tələbələr nəqliyyat əlçatanlığına da önəm verirlər. Digər tərəfdən, tələbələr mənzilin onun tam əşyalı olmasına diqqət edirlər. Elə tələbələr də var ki, komfort şərait istəyir. Bəziləri qabyuyan və ya paltaryuyan maşının da olmasını tələb edir. Əksər tələbələr isə yaşamaq üçün minimum lazımi əşyalarla kifayətlənir”.

V.Oruc qeyd edib ki, həyət evlərini daha çox imkansız təbəqədən olanlar kirayələyir:

“Belə evlərin qiyməti 300-350 manat olur. Adətən tələbələr tək yaşamırlar. Bir neçə tələbə birlikdə bir ev kirayə edir, bu zaman onların hərəsinə 100-150 manat ödəniş düşür. Bəzi ev sahibləri çox sayda tələbənin bir evdə yaşamasını istəmirlər. Çünki bu zaman evdə köhnəlmə daha çox olur. Bəzən qonşular da tələbələrin çoxluğundan və səs-küyündən narazılıq edirlər”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binası istifadəyə verilib

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Ən çox oxunanalar