Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Atributlarımızı təhqir edən ermənilərə 10 günlük həbs cəzasının verilməsi nə qədər ədalətlidir?

Azərbaycan dövlət atributlarını təhqir edən ermənilərə məhkəmə 10 günlük həbs cəzası verməklə kifayətləndi...

Politoloq: “Açıq demək lazımdır ki, Azərbaycanın indi kompromisə getmək vaxtıdır”.

“Düşünürəm ki, məhkəmə saxlanılan ermənilərə qarşı humanist addım atıb”.

Bu sözləri politoloq Qabil Hüseynli Azərbaycan dövlət atributlarını təhqir edən ermənilərə verilən cəzanı Poliqon-a şərh edərkən qeyd edib.

Dünən Laçın Sərhəd buraxılış məntəqəsində daha əvvəl bayrağımızı təhqir edən üç erməni gənci saxlanıldı. Məhkəmə onlara qarşı əvvəllər açılan cinayət işini ləğv edərək, 10 günlük həbs cəzası verməklə kifayətləndi.

Məhkəmənin bu qərarını nə qədər ədalətli hesab etmək olar və bu nümunə Azərbaycan dövlət atributlarını təhqir edənlərə qarşı cəzasıqlıq şəraiti yaratmırmı?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Kim nə deyir desin, indiki şəraitdə Xankəndi erməniləri ilə müəyyən qədər yumşaq siyasət yürüdülməsinə böyük ehtiyac var”.

İstər cəzanın 10 gün olması, istərsə də 5 il olmasının önəmi olmadığını bildirən politoloq qeyd edib ki, Əsas səhvə yol verən ermənilər cəzaya məhkum edilib:

Azərbaycan reallıqlara uyğun hərəkət etməlidir. Biz bu ərazilər üzrə özümüzün suverenliyimizi bərpa etmək uğrunda mübarizə aparırıq. Ermənilərin arxasında da Avropa, ABŞ kimi böyük dövlətlər var. Açıq demək lazımdır ki, Azərbaycanın indi kompromistə getmək vaxtıdır. Yəni, rəsmi Bakı prosesləri, qanunların gücünü tədricən tətbiq etməyə üstünlük verir. Eyni zamanda Azərbaycan qanunlarımızın humanist xarakter daşıdığını göstərməyə çalışır.

Kim nə deyir desin, indiki şəraitdə Xankəndi erməniləri ilə müəyyən qədər yumşaq siyasət yürüdülməsinə böyük ehtiyac var. Əks təqdirdə biz onları daha da qəzəbləndirə bilərik. Bununla da onların üstümüzə müxtəlif uydurmalarla, şantajlarla gəlməsinə səbəb ola bilərik.

Qabil Hüseynli: “Rəsmi Bakı prosesləri, qanunların gücünü tədricən tətbiq etməyə üstünlük verir”.

Düşünürəm ki, məhkəmə saxlanılan ermənilərə qarşı humanist addım atıb. Dövlət rəmzimizi təhqir edənlərə 10 gün cəza verməklə Azərbaycan onlara başa salmaq istəyir ki, etdikləri hərəkətlər nadürüst hərəkətlərdir və Azərbaycan dövlətçiliyinə hörmətsizlik əlamətidir. İstər cəza 10 gün olsun, istərsə də 5 il olsun. Əsas odur ki, səhvə yol verən ermənilər cəzaya məhkum edilib. Ərazilərimiz nəzarətimiz altına keçəndən sonra bu məsələyə yenidən baxıla bilər.

Hesab edirəm ki, ermənilər bundan sonra belə hərəkətlər etməyəcəklər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar