Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Üçqat dünya çempionu: “Bakı əvəzedilməzdir”

46 ilin atıcısı Bakıda dünya rekordunu təkrarladı...

Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatında 300 metr məsafəyə uzanaraq atəş açma növündə qızıl medal qazanan 60 yaşlı Raymond Debeveç 3-cü dəfə dünya çempionu olub. O, mümkün 600 xalın hamısını toplayaraq dünya rekordunu yeniləyib.

1977-ci ildən atıcılıqla məşğul olan təcrübəli atlet mükafatlandırma mərasimindən sonra media nümayəndələrinin suallarını cavablandırıb.

- 60 yaşında növbəti dəfə dünya çempionu oldunuz. Təəssüratlarınız necədir?

- Xoşbəxtəm, bu, mənim indiyədək dünya çempionatlarında qazandığım üçüncü qızıl medaldır. Olimpiya Oyunlarında isə üç medalım var. Bir qızıl və iki bürünc. Mən bu yaşda uğur qazanmaqla bütün dünyaya göstərdim ki, atıcılıq idman növündə yaş məhdudiyyəti yoxdur. Bakı Atıcılıq Mərkəzindəki şərait də gözəldir. Bəzi hallarda küləyə görə qeyri-bərabər şərait yaranır. Amma bu gün ədalətli oldu. İşıqlandırma sistemi çox əladır. Yüngül külək əsirdi. Amma atış zamanı bizə mane olmadı. Yekun nəticəyə görə çox xoşbəxtəm.

- Sizin çempionluğunuz təcrübəniz sayəsində oldu, yoxsa gənclər yaxşı ata bilmirlər?

- Fikir verdinizsə, bir xal fərqlə çempion oldum. Medal qazanan rəqiblərimin 29 yaşı var idi. Onlar da yaxşı atıcılardır. Bu uğurumda bir az da bəxtin və şansın rolu oldu. Ona görə çempion oldum.

- Bu uğuru dünya rekordunu təkrarlamaqla bəzədiniz...
- Təbii ki, bu rekord qırıla bilməz. Maksimum göstəricidir. Mən bu rekordu sadəcə təkrarladım.

- Yaşınıza rəğmən, Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etməyi hədəfləyirsinizmi?

- Bakıdakı yarışda qeyri-olimpiya növlərinə diqqətimi yönəltdim. Parisə lisenziya verən növlərdə mübarizə aparmadım. Belə görünür ki, növbəti olimpiadada da olmayacağam.

- Olimpiadaya qatılmamaq istəyiniz nə ilə bağlıdır?

- Yaşımla bağlı məsələdir. Fiziki durumum elə də uzun müddət ayaq üstə dayanmağıma imkan vermir. Bu növdə uzanaraq atəş açırdıq ki, bu, mənim üçün daha əlverişlidir.

- AzərbaycanBakı Atıcılıq Mərkəzi ilə bağlı təəssüratlarınız necədir?

- Azərbaycana üçüncü səfərimdir. İlk dəfə Avropa Oyunlarına gəlmişdim. Daha sonra Avropa çempionatında çıxış etmişdim. Təbii ki, Qəbələ də gözəl yerdir. Amma Bakı əvəzedilməzdir. Atıcı özünü olduğu yerdə yaxşı hiss edirsə, deməli orada hər şey yaxşıdır və elə də atəş açır.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Bakıda üzünə dolğu etdirən qadının çənəsi əyildi - Foto

MSK parlament seçkilərinin nəticələrinin təsdiqi üçün sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

"Formula 1": Azərbaycan Qran-prisində maraqlı statistik göstəricilər qeydə alınıb

Azərbaycan Premyer Liqası: "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Fərhad Məmmədov: İstəsələr də, istəməsələr Azərbaycan Şərqə və Qərbə açılan qapıdır...

Ən çox oxunanalar