Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Generalla bağlı Putin şəxsən qərar verəcək...

Rusiya generalı Surovikin ordu rəhbərliyindən uzaqlaşdırılıb və ev dustağıdır...

“Vaqner” ÖHŞ-nin yaradıcısı Yevgeni Priqojinin tərəfdaşı hesab edilən general Sergey Surovikin komandanlıqdan uzaqlaşdırılıb. Hazırda o, ev dustaqlığındadır.

Poliqon xəbər verir ki, bu barədə Politico qəzeti rusiyalı hərbi blogerlər arasında yayılan xəbərlərə istinadən məlumat yayıb.

Belə ki, Rusiya təhlükəsizlik qüvvələrinə yaxın şəxs tərəfindən idarə olunduğu güman edilən telegram kanallarına görə, Surovikin hazırda bir növ ev dustaqlığındadır. General hazırda olduğu mənzili tərk edə bilməz. lakin ona tabeliyində olan bir neçə nəfərin baş çəkməsinə icazə verilir.

Çeçenistan və Suriyadakı aqressiv hərbi strategiyalarına görə “Armageddon generalı” kimi tanınan Surovikin 2023-cü ilin iyununda “Vaqner” qiyamçılarının Moskvaya doğru yürüş etməsindən sonra ictimaiyyət aarasında görünməyib. Onun harada olduğu da bilinmir. Surovikin Priqojinin üsyanından xəbəri olmaqda ittiham olunur.

“Generalla bağlı rəsmi istintaq aparılmır, lakin Surovikin uzun müddət bir sıra suallara cavab vermək üçün qeyri-rəsmi istintaqa cılb edilib”, deyə tanınımış rus hərbi blogerlər yazırlar. Həmçinin qeyd edilir ki, kimlərsə generala mətbuatdan uzaq durmağı məsləhət görüb.

Blogerlər həmçinin qeyd ediblər ki, Surovikinin son taleyi ilə bağlı qərarı “bir nəfər verməlidir” və general nə qədər uzun müddət kölgədə qalırsa, Putinin ona qarşı qəzəbi bir o qədər tez soyuya bilər

Politico qeyd edir ki, bu məlumat Rusiyanın keçmiş general-leytenantı, hazırda Dövlət Dumasının deputatı Viktor Sobolevin Surovikinin Ukraynadakı işğalçı qüvvələrin komandanı vəzifəsindən uzaqlaşdırıldığını deməsindən bir neçə gün sonraya təsadüf edir. Sobolev, həmçinin Surovikinin orduya yenidən qayıda biləcəyinə işarə vurub. O, generalın ciddi qanun pozuntularına yol vermədiyi aşkar olunarsa, yenidən orduya faydalı ola biləcəyini bildirib.

Kreml hələlik general Sergey Surovikinin harada olması ilə bağlı rəsmi açıqlama verməyib və generalın Yevgeni Priqojinin qiyamından əvvəlcədən xəbərdar olmasını da şərh etməyib.

Xatırladaq ki, iyunda Financial Times yazıb ki, Sergey Surovikinin Priqojinin uğursuz üsyanından dərhal sonra saxlanılıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

Sumqayıtda ana üç uşağını və özünü zəhərləyib - Yenilənib

Ermənistan 24 mövqedən geri çəkilir - Mikaelyan

Tehran Rəisinn helikopterinin qəzaya uğraması ilə bağlı yeni təfərrüatlar açıqlayıb

Minlərlə insan Quma Rəisi ilə vidalaşmağa gəlir - Foto

Volodimir Zelenski Prezident İlham Əliyevə zəng edib

Ən çox oxunanalar