Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Mərkəzi Bankı rublu xilas edə biləcəkmi?..

Rusiya Bankı rublun ucuzlaşmasını dayandırmaq üçün əsas faiz dərəcəsini dərhal 12%-ə qaldırıb…

Poliqon Rusiya mətbuatına əsasən xəbər verir ki, Mərkəzi Bank rublun bir neçə aylıq kəskin ucuzlaşmasından sonra vəziyyətə müdaxilə etmək və devalvasiyanı dayandırmaq üçün tədbirlər görmək qərarına gəlib.

Kreml, Dövlət Duması və Federasiya Şurası Mərkəzi Bankın fəaliyyətsizliyini tənqid edib. Buna baxmayaraq, hələ bazar ertəsi səhər saatlarında Mərkəzi Bank iddia edirdi ki, milli valyutanın zəifləməsindən heç bir təhlükə görmür.

Çərşənbə axşamı səhər saatlarında Rusiya Mərkəzi Bankının İdarə Heyəti fövqəladə iclas keçirərək əsas faiz dərəcəsini 8,5%-dən 12%-ə qaldırıb. Rusiya Bankı bu qərarın əsas səbəbini inflyasiyanın artımının dayandırılması zərurəti ilə izah edib. Müstəqil maliyyə analitikləri isə faiz dərəcəsinin 10-10,5%-ə qədər artacağını gözləyirdilər.

Qeyd edək ki, rublun məzənnəsi bazar ertəsi günü sürətlə ucuzlaşmağa davam edərək, bir dollar üçün 102 rubl səviyyəsinə yaxınlaşmışdı.

Çərşənbə axşamı səhər məzənnə qərarının qəbulu ərəfəsində artıq bir dollar üçün demək olar ki, 95 rubla qədər möhkəmlənən rubl, məzənnə artımından sonra bir dollar üçün 95,6 rubl səviyyəsində idi. Ən son məlumatlara görə isə bir dollar təqribən 98 rubla bərabər olub.

Qeyd edək ki, bazar ertəsi Kreml və Dövlət Duması rublun kəskin ucuzlaşmasını faktiki olaraq Rusiya Bankının üzərinə atdıqdan və ondan devalvasiya ilə necə mübarizə aparacağını izah etməyi tələb etdikdən sonra maliyyə tənzimləyicisi gözlənilmədən əsas məzənnə ilə bağlı qərar verib.

Rusiya prezidentinin köməkçisi Maksim Oreşkin bazar ertəsi Rusiya Bankının “yumşaq pul” siyasətini (MP) tənqid edib. Kreml rəsmisinin dərc olunmuş məqaləsindən belə çıxır ki, Nabiullinanın siyasəti iqtisadiyyata və ev təsərrüfatlarının gəlirlərinin artmasına mane olur.

Qeyd edək ki, son ayda rubl təxminən 10%, ilin əvvəlindən isə təxminən 36% dəyər itirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar