Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

OPEC ölkələri gələn il neft hasilatını artıracaq - Proqnoz

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələrinin 2023-2024-cü illər üçün gündəlik xam neft hasilatı üzrə proqnozunu cüzi artırıb...

"APA-Ecocomics"in EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, gələn il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatının 28,5 mln. barel olacağı proqnozlaşdırılır, bu da öncəki proqnozdan 0,01 mln. barel çoxdur.

Hesabata əsasən, bu il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 28,06 mln. barel olacaq. Bu, əvvəlki proqnoz göstəricidən 0,04 mln. barel çoxdur.

Qeyd olunur ki, ötən il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 28,67 mln. olub.

Xatırladaq ki, 2021-ci ildə OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 26,28 mln. barel olub. 2020-ci ildə OPEC üzrə gündəlik neft hasilatı 25,6 mln. barel təşkil edib, 2019-cu ildə isə 29,27 mln. barelə bərabər idi.

Beləliklə, EİA məlumatlarını nəzərə alaraq, belə bir qənaətə gəlmək olar ki, OPEC ölkələri neft hasilatı üzrə koronavirus infeksiyası pandemiyasından əvvəlki səviyyəyə gələn il də çata bilməyəcək.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

İran Prezidentinin helikopterində olan bütün cəsədlərin kimliyi müəyyən edilib

Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır

Ağstafada məktəbdə özbaşınalıq: Direktor məktəbi diskotekaya çevirib

Tualeti dəfnə yarpağı ilə sürtün – Evdar qadınlar bilməlidir

Ən çox oxunanalar