Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Növbəti ümumrespublika təmizlik aksiyaları keçirilib

“Təmiz ölkəm” aksiyası çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin və yerli qurumlarının əməkdaşlarının, yerli icra hakimiyyətləri orqanlarının, Gənclər və İdman Nazirliyinin regional bölmələrinin, yerli mənzil-kommunal təsərrüfat idarələrinin, bələdiyyələrin, ictimaiyyət nümayəndələrinin və könüllülərin iştirakı ilə dəniz sahillərində, çay və göl hövzələrində, meşə ərazilərində növbəti təmizlik aksiyaları keçirilib...

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Poliqon-a verilən məlumata görə, aksiyalar çərçivəsində Xəzər dənizinin XaçmazLənkəran sahilləri, Kür çayının Yevlax rayonundan, Qoşqarçayın Samux rayonundan, Hacıqabul gölünün Şirvan şəhəri ərazisindən keçən hissəsi, Astara, Ağstafa, Kürdəmir, Quba, İsmayıllı, Şəki, Zaqatala, Ağcabədi, Göygöl, Cəlilabad, Bərdə, GədəbəyQəbələ rayonlarının meşə əraziləri tullantılardan təmizlənib.

Aksiyalar zamanı ümumilikdə 10 tondan artıq məişət tullantısı, 300 metr sintetik tor ərazilərdən təmizlənərək yığışdırılıb. Mütəmadi olaraq keçirilən təmizlik aksiyalarının məqsədi ekoloji şüurun formalaşmasına dəstək olmaq, tullantıların düzgün idarə olunmasını təbliğ etməkdir.

Fotolar

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

Rusiya artıq sülh prosesində iştirak etməsinin imkansızlığını başa düşür?

Ən çox oxunanalar