Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qızlar təhsillə möcüzələr yaratmağa qadirdir -  Foto

Təhsildə motivasiya yaradan layihə...

Qızların təhsildən yayındırılması qlobal mahiyyət kəsb edən, həm insan rifahı, həm də ölkələrin makroiqtisadi göstəriciləri üzərində əhəmiyyətli fərqlər yaradan bir məsələdir. Qadınların daha az əməkhaqqı alması, ailədaxili zorakılıq, erkən nikah kimi problemlərin yaranmasında qızların təhsildən yayındırılması prosesi mühüm rol oynayır.

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi sözügedən problemin həllinə töhfə vermək üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Qızların təhsillə imtahanı” layihəsinə start verib. Layihənin məqsədi ölkə ictimaiyyətinin və medianın diqqətini qızların təhsilinə yönəltmək, aparılan müsahibə və araşdırmalarla qız uşaqlarının təhsildən yayındırılmasının milli və regional səbəblərini müəyyən etmək, həll yolları axtarmaq və təhsildə motivasiya yaratmaqdır.

Birlik bu məqsədlə qızların təhsilini təşviq edən fikirlər əks etdirən posterlər hazırlayıb. Bununla yanaşı, elm və təhsil adamları, təhsil almaq üçün mübarizə aparıb uğur qazanmış xanımlarla müsahibələr edir. Layihə çərçivəsində uğurlu təhsil hekayəsi ilə örnək olan xanımların qəhrəman olduğu sənədli film də çəkilməkdədir.

Sevinc Fədainin rəhbəri olduğu "Qızların təhsillə imtahanı" layihəsinin təhsildə motivasiya yarada biləcək posterlərini təqdim edirik.

Fotolar

Poliqon.info


Etiket: qızlar təhsil


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

HƏMAS İsraillə atəşkəsə razılaşıb - Yenilənib

Rusiya sülhməramlılarının növbəti karvanı Xocalı aeroportunu tərk edib, Goranda qatarlara yüklənir

Qızıla yatırım etmək riskli hesab edilir - Video

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Ən çox oxunanalar