Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Külək əsən kimi sınan, yıxılan ağaclar: Paytaxtın “yaşıl canlıları” niyə məhv olur? - Foto

Bakıda küçə və prospektlərdəki, parklardakı, yol kənarlarındakı ağacların baxımsız, susuz saxlandığı haqqında zaman-zaman sakinlərin şikayətləri gündəmə gəlir. Xüsusilə, “küləklər şəhəri”ndə hava bir az dəyişən kimi ağac budaqlarının sınması, hətta ağacların kökündən qopması xəbərləri yayılır. Hətta sakinlər çox zaman sosial şəbəkələrdə sınan ağacların əl vuran kimi ovxalandığını, susuzluqdan, baxımsızlıqdan qurumağa məruz qaldığını iddia edən görüntülər paylaşırlar. Əksəriyyət düşünür ki, icazəsiz şəkildə ağacları kəsmək qadağan olduğundan aidiyyəti qurumlar və şəxslər ağacların öz-özünə qurumasını, küləyin təsiri ilə yıxılmasını, bir sözlə, öz əcəli ilə məhv olmasını gözləyirlər.

Maraqlıdır, paytaxtın “yaşıl canlıları” niyə baxımsız qalıb? Sakinlərin çağırışına kim və nə zaman cavab verəcək?

Problem haqqında Oxu.Az-a danışan Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə qeyd edib ki, ağac əkilibsə, onun sahibi tərəfindən mütəmadi şəkildə qiymətləndirilib, xəstəliyi olub-olmadığı, quruduğu, çürüdüyü aydınlaşdırılmalıdır:

“Sahibi dedikdə, ağacın yerləşdiyi ərazinin mülkiyyətçisi nəzərdə tutulur. Mülkiyyət sahibi ərazisindəki ağacla bağlı təhlükə varsa, götürülməsi, yeni ağac əkilməsi üçün müvafiq şəkildə müraciət ünvanlamalıdır.

Ərazini nəzarətdə saxlayan qurum və ya şəxs ağaclarda problem olduğu halda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) müraciət edir. Nazirlər Kabinetinin müəyyən etdiyi qərara uyğun olaraq, ETSN müraciətə rəy verir. Bundan sonra mülkiyyət sahibi nazirliyin də qərarına istinadən, ağacın xəstə və ya quru olub-olmadığını dəqiqləşdirir.

Müraciət daxil olursa, bizim vəzifəmiz məktubu vaxtında cavablandırmaqdır. Araşdırma tələb edən məqam olduğu zaman vaxt istəyirik, araşdırırıq”.

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli isə Bakı şəhərində yerləşən bina evlərinin həyətində ağaclara qulluqla bağlı problemlərin olduğunu təsdiqləyib.

“2008-ci ildən Xətai rayonunda, Nəsrəddin Tusi küçəsində yaşayıram. Tusi 21 ünvanına köçəndən qısa müddət sonra yaz-payız aylarında həyətdə müvafiq yerlərdə ağac tingləri və kolları əkməyə başladım. 70-ə yaxın ağac əkmişdim. O zaman həyətdə su kranı var idi. Həmin kran vasitəsilə ağacları suvarırdım. Təxminən, 2013-cü ildən sonra su xətləri yeniləndi, o kranı kəsdilər. Müvafiq qurumlara müraciət etdim ki, onsuz da, bu ağaclara müntəzəm qulluq edən yoxdur. Heç olmasa, suyu kəsməyin. Dedilər, mümkün deyil, gərək ayrıca sayğac qoyasınız. İndi mən həmin ərazidə yaşamıram. Ancaq oradan keçəndə baxımsız qalmış ağacları ürəkağrısı ilə seyr edirəm. Ağacların əksəriyyəti quruyub.


Hazırda yaşadığım N.Tusi 29-da isə vəziyyət bir az fərqlidir. Burada Yaqub Axundov adlı bir könüllü təbiətsevər, təqaüdçü yaşayır. Öz hesabına həyətə sayğac qoydurub, ağacları suvarır. Demək istəyirəm ki, bu işlər ayrı-ayrı fədakar insanların ümidinə qalıb”, – Elman Cəfərli vurğulayıb.

Ekspert paytaxtın müxtəlif ərazilərindən sakinlərin ona “ağaclarımızı xilas edək” çağırışları etdiyini deyib:

“Bu günlərdə Mir Cəlal küçəsi 10 ünvanında yaşayan sakinlər mənə müraciət etdilər ki, həyətdə çoxillik ağaclar baxımsız qalıb. Vaxtında qulluq göstərilməyən, suvarılmayan çoxillik ağaclar məhv olur. Sakinlərdən biri dedi ki, ağacları evdən kanistrlə su daşıyaraq suvarırıq. 2013-cü ildən vəziyyət belədir. Bu yolla ağacları, yaşıllıqları qoruyub-saxlamaq olmaz. Mənzil İstismar Sahəsindən sakinlərə deyiblər ki, “Azərsu”ya müraciət edin, əlavə su sayğacı qoysun, o yolla ağacları suvarın.

Problemin həlli ilə bağlı müvafiq dövlət qurumlarına müraciət etmişik ki, BakıAbşeronda bir zamanlar mövcud olmuş texniki su şəbəkəsi bərpa edilsin. Texniki su içməli sudan aşağı tariflə satılsın. Həyətlərə bu cür şəbəkələrdən su xətləri çəkilsin. Yoxsa biz çoxillik ağacları qoruyub-saxlaya bilməyəcəyik”.

Həyətlərdə aşma təhlükəsi olan ağaclara gəlincə, Elman Cəfərli burada müvafiq qurumların günahkar olduğunu düşünür:

“Ötür-ötür oyunu insanları çətin duruma salır. N.Tusi küçəsində bir qoca, aşma təhlükəsi olan nəhəng gövdəli tut ağacı var idi. Budaqları qurumuşdu. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yazdım, nümayəndə göndərdilər. Rəy verildi ki, budamaq olar. Məktubu müvafiq Mənzil İstismar Sahəsinə apardım ki, gəlin, mən də kömək edim, bu ağacı budayaq. Dedilər, yox, bunu İcra Hakimiyyətinin müvafiq idarəsinin əməkdaşları özləri etməlidirlər. Bu məsələləri yerindəcə araşdıran, həll edən daha çevik qurumun yaranmasına ehtiyac var. O idarə başqasının üstünə atır, bu idarə başqasının… Quru ağac isə bərk külək əsəndə aşır, insanlara maddi, hətta bəzən fiziki ziyan vurur”.

Poliqon.info 


Etiket: Ağac


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Ən çox oxunanalar