Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yuxarı Qarabağ kanalında dağılan bənd bərpa olunub - Yenilənib

Bərdə rayonu ərazisində Yuxarı Qarabağ kanalında dağılan bənd bərpa olunub, su axmasının qarşısı tamamilə alınıb...

Bu barədə "Report"a açıqlamasında Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) nümayəndəsi Dilqəm Şərifov deyib.

Onun sözlərinə görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliytinin sədri Zaur Mikaylov, eyni zamanda, Agentliyin tabeliyində olan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev, eləcə də aidiyyəti şöbə müdirləri hadisədən xəbər tutan kimi rayona ezam olunublar.

"Onlar hazırda da hadisə yerindədirlər. Dağılan bənddən axan suyun qarşısının alınması üçün ətraf rayonlardan, istismar idarələrindən texnikalar cəlb olunub, bütün idarələr səfərbər edilib. Yuxarı Qarabağ kanalı bizim ən böyük magistral kanallardan biridir. Buranın su həcmi böyükdür. Ona görə də bəzən bu kanalda qəza olanda axan suyun dərhal kəsilməsi mümkün olmur. Artıq suyun qarşısı tamamilə kəsilib. Digər yerlərdə də ziyanın dəyib-dəymədiyini yoxlamaq üçün sabah da ümumi olaraq kanala baxış keçiriləcək", - ASC rəsmisi vurğulayıb.

***

Qarabağ kanalının daşması nəticəsində Bərdə rayonunun Qaraqoyunlu kəndində yaranmış fəsadların aradan qaldırıması istiqamətində tədbirlər görülür.

Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Qeyd edilib ki, Rayon Polis Şöbəsinin əməkdaşları və digər aidiyyəti qurumlar tərəfindən müvafiq işlər həyata keçirilir. Polis əməkdaşları sakinlərin və onların əmlakının təhlükəsiz şəkildə təxliyə edilməsi üçün zəruri tədbirləri davam etdirirlər.

***

"Report"un Qarabağ bürosunun verdiyi xəbərə görə, Yuxarı Qarabağ kanalının daşması nəticəsində Ərəblər və Qaraqoyunlu kəndləri su altında qalıb. FHN-in Qarabağ Regional Mərkəzinin Xüsusi Riskli xilasetmə hissəsinin əməkdaşları Qaraqoyunlu kəndində su dolan evlərdə köməksiz qalan sakinləri təxliyə ediblər.

Hazırda kənddə xilasetmə işləri davam etdirilir

***

Yuxarı Qarabağ kanalının Bərdə rayon ərazisindən keçən hissəsində yarılma baş verib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə kanalın Ərəblər və Qaraqoyunlu kəndləri ərazisindən keçən hissəsində baş verib.

Kanaldan təzyiqlə keçən su həmin kəndlərin bir hissəsinə dolub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) isə "Report"a bildirilib ki, Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin bir hissəsinin uçması nəticəsində ətraf ərazilərin subasmaya məruz qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Qarabağ və Gəncə Regional mərkəzləri, Dövlət Yanğından Mühafizə Xidməti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri zəruri təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə dərhal əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Hazırda su basmasının qarşısının alınması üçün müvafiq işlər aparılır.

Poliqon.info 


Etiket: Kanal


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Bakıda üzünə dolğu etdirən qadının çənəsi əyildi - Foto

MSK parlament seçkilərinin nəticələrinin təsdiqi üçün sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

"Formula 1": Azərbaycan Qran-prisində maraqlı statistik göstəricilər qeydə alınıb

Azərbaycan Premyer Liqası: "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Fərhad Məmmədov: İstəsələr də, istəməsələr Azərbaycan Şərqə və Qərbə açılan qapıdır...

Ən çox oxunanalar