Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Rakuv"un hücumçusu: "Qarabağ" artıq bizə yuxarıdan-aşağı baxmayacaq"

"Fikrimcə, rəqib cavab oyununda bizə yuxarıdan-aşağı baxmayacaq. Artıq bilirlər ki, bizi məğlub etmək üçün daha əzmkar olmalıdırlar".

"Report"un məlumatına görə, bunu Polşa "Rakuv"unun futbolçusu Fabian Pyasetski Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu barədə yerli mətbuata açıqlamasında deyib.

Evdə Ağdam klubuna 3:2 hesabı ilə qalib gəldikləri ilk qarşılaşmada qol vuran 28 yaşlı hücumçu komandasını çətin matçın gözlədiyini bildirib: "Şərtlər Polşadakından fəqli olacaq. Amma matça ciddi hazırlaşmışıq. İlk görüşü diqqətlə təhlil edib, mümkün qədər yaxşı nəticə çıxarmağa çalışmışıq".

Təcrübəli forvard ilk oyunda buraxılan qolların onlara problem yarada biləcəyini istisna etməyib: "Rəqibin necə oynayacağını, nəyə qadir olduğunu bilirdik. Düşünürəm ki, biz bunu bacardıq. Təəssüf ki, iki top buraxdıq. Amma minimal hesabla da olsa, qalib gəldik. "Qarabağ" evdə, doğma azarkeşləri önündə oynayacaq və ilk dəqiqələrdən bizə təzyiq göstərəcək. Ağıllı müdafiə olunub, şanslarımızdan istifadə etməliyik. Müəyyən planımız var. Yerinə yetirsək, qalib gələ bilərik".

O, Bakıdakı isti hava şəraitinə də toxunub: "Temperatur 30 dərəcə, rütubət isə 60 faizə yaxın olacaq. Keçən həftə bədənimizi yüksək temperatura alışdırmaq üçün neylonda məşq etmişik. Əlbəttə, şərtlər çətin olacaq. Lakin biz də mümkün qədər yaxşı hazırlaşmışıq. Hərarət təkcə meydanda deyil, on minlərlə azarkeşin yer alacağı tribunalarda da olacaq. Mətbuatda davamlı olaraq "Qarabağ"ın avrokuboklarda Polşa komandalarının əsl "cəllad"ı olduğu deyilir. Amma bu rəqibi keçə bilərik. İlk oyunda göstərdik ki, qorxacaq heç nəyimiz yoxdur. İndi Bakıda öz işimizi görməli və növbəti mərhələyə adlamalıyıq.

Futbolçu penalti zərbələrinin üzərinə çalışdıqlarını gizlətməyib: "İstər ölkə kuboku, istərsə də avrokubok oyunlarından əvvəl penaltilər seriyasına hazırlaşırıq. Ümid edək ki, məsələ 11 metrlik cərimə zərbələrinə qədər uzanmayacaq və hər şey əsas vaxtda həll olunacaq".

Qeyd edək ki, avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Rakuv" oyunu saat 20:00-da başlayacaq.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılıb - Xəbərdarlıq

Faiq Ağayevlə Zülfiyyə Xanbabayeva illər sonra bir arada

Son 4 ilə ən azı 43 milyon manatlıq tender udan şirkəti hökumətlə nə bağlayır? – Araşdırma

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

Cəlilabadda hündürlükdən yıxılan azyaşlı ölüb

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

Qeyri-sabit hava şəraiti sabaha qədər davam edəcək 

ETSN hava məlumatları ilə bağlı əhaliyə xəbərdarlıq edib

Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib

İsrailin xarici işlər naziri Livanla müharibədən qaçmaq üçün son şansı açıqlayıb

Gənclər və İdman Nazirliyi və MOK Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıb

Ən çox oxunanalar